19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Sumqayıt"ın baş məşqçisi planlarından danışdı

“Sumqayıt”ın əvəzedici heyəti növbəti mövsüm üçün hazırlığını davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, komanda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda gündə 2 dəfə olmaqla məşq edir.
 
Baş məşqçi Elbrus Məmmədov əvəzedicilərin hazırlıq planı ilə əlaqədar klubun rəsmi saytına açıqlama verib:
 
“2 günlük fiziki hazırlıq çalışmalarının ardından məşqlərə start verdik. Hazırlıq prosesimiz plan üzrə davam edir. Heyətimizdə yeni mövsüm üçün bəzi dəyişikliklər olacaq. Belə ki, ötən mövsümdəki heyətdən təxminən 15-ə yaxın futbolçu qalacaq. Məşqlərimizlə yanaşı seleksiya işləri də davam edir, heyətə yeni futbolçular cəlb olunacaq.
 
Hazırlıq prosesi müddətində 5 yoxlama görüşü keçirəcəyik. İyulun 18-də Region Liqası təmsilçisi “Tufan”, 21-də “Səbail”, iyulun 25-də və avqustun 1-də isə “Keşlə”nin əvəzedici komandaları ilə qarşılaşacağıq. Sonuncu yoxlama görüşü üçün axtarışlarımız davam edir. Əlimizdən gələni etməyə çalışacağıq ki, mövsümün startına komandanı tam hazır vəziyyətə gətirək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30