29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

"Komandamız mükafat barədə çox danışmaq istəmədi" - MÜSAHİBƏ

"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstan "Uypeşt" klubuna 3:1 hesabı ilə qalib gəldi.
 
Futbolxeber.az saytının məlumatına görə,  oyundan sonra "ağ-qaralar"ın prezidenti Kamran Quliyev jurnalistlərin suallarını cavablandırıb. 
 
- "Neftçi"nin bu cür hesabla qalib gələcəyini gözləyirdiz?
- Oyun xeyli isti hava şəraitində keçdi. Qapımızda erkən qol gördük. Lakin komandamız toparlana və qollarını sıralaya bildi. Hansısa futbolçunu qeyd etmək istəməzdim. Bütün komanda yaxşı oynadı. Biz sevinirik. Bəli, gözləyirdik. Yaxşı olardı ki, qapımızda qol görməyək. Amma hesab edirəm ki, bu, birinci addımdır. İkinci addımı bir həftə sonra Budapeştdə atmağa çalışacağıq. Macarıstan paytaxtında bizi daha çətin oyun gözləyəcək. Rəqib komandanın iki futbolçusu viza problemi ilə əlaqədar Bakıya gələ bilməmişdi. Onlar cavab görüşündə oynaya biləcəklər. Bizə qarşı daha istəkli və azarkeş dəstəyinə malik komanda çıxacaq. İnanmaq istərdik ki, öz oyunumuz sayəsində bu mərhələni keçə biləcəyik. 
 
- İsti hava şəraitinin "Neftçi"nin xeyrinə olduğunu düşünmürsünüz? 
- Fizioterapevt olsaydım, sizə daha dəqiqini deyərdim. Bizim komandada da xarici futbolçular var. Ola bilsin, onlar belə hava şəraitinə öyrəşməyiblər. Burada əsas üstünlüyümüz azarkeşlərimiz idi. 
 
- Sizcə, qələbədə əsas nə oynadı? 
- Azarkeşlər! Belə deyək, havanın temperaturu 36 dərəcə idisə, azarkeşlər onu 45 dərəcə etdilər (gülür). Azakeşlərə, komandaya, klubumuzun bütün əməkdaşlarına və siz jurnalistlərə təşəkkürümü bildirirəm. Belə hava şəraitində bura gəlmisiniz, oyunumuzu işıqlandırırsınız. Buna çox sevinirəm. Bu gün tam bayram demək olmasa da, şad günümüzdür.
 
 
- Demək olar ki, "Neftçi" qayıtdı?
- Bunu 3-4 aydan sonra soruşarsınız, deyə bilərəm. Həmin vaxt məndən soruşmayacaqsınız, "Neftçi"nin qayıdıb-qayıtmadığını özünüz görəcəksiniz. Amma inanmaq istərdim ki, biz düzgün yoldayıq. 
 
- Oyundan sonra klubunuzun Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə birgə paltardəyişmə otağına daxil oldunuz və böyük səs-küy oldu. Komandaya mükafat verildimi? 
- Çingiz Abdullayev, Müşahidə Şurasının bütün üzvləri burada idi. Komandamız mükafat barədə çox danışmaq istəmədi. Futbolçular bizdən mükafatı mərhələ adlayacağımız təqdirdə istəyiblər. Bu, futbolçuların bizə jestidi. Komandanın necə oynayacağını heç kim bilmir. Amma kollektivdaxili ab-havanın belə olması bizim qazancımızdır. 
 
- "Neftçi" transferlər edəcək?
- Baxarıq. Baş məşqçi, texniki heyətlə görüşümüz olacaq. Ondan sonra daha dəqiq nə isə deyə bilərik. Ola bilər ki, komandaya heç bir yeni futbolçu gəlməsin. Çünki hər mövqedə əvəzedici var. Baxarıq. 
 
- Komandaya yeni cəlb olunan oyunçulardan razısınız?
- Qoran Paratski hələ 90 dəqiqə oynamağa hazır deyil. Amma sonadək mübarizə apardı. Onun həmyerlisi Slavko Braliç meydana daxil olduqdan sonra müdafiə xətti daha da keçilməz, möhkəm oldu. Dario Frederikonun çıxışını özünüz gördünüz, mən əlavə şərh etmək istəmirəm. Baqali Daboya isə sadəcə əhsən! Digərlərindən kimisə unutmuşamsa, inciməsinlər. Yeni oyunçular öz yerində, amma öz futbolçularımızın da bizə necə kömək etdiklərini gördünüz. Bacardığımız qədər ötən mövsümkü sütunu - Səlahət Ağayev, Ruslan Abışov, Anton Krivotsyuk, Emin Mahmudov, Rəhman Hacıyev, Namik Ələskərov və digərləri. Onların da qələbədə çox böyük payları var.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31