28 Mart 2024, Cümə axşamı
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu
Millimiz Bolqarıstanla heç-heçə etdi

Ölkə futbolu

Ruslan Abışov: "Uypeşt" haqda bildiklərimiz sirr olaraq qalsa yaxşıdı"

"Neftçi"nin kapitanı Ruslan Abışov Avropa Liqasının birinci mərhələsinin "Uypeşt" lə oyunundan öncə keçirilən mətbuat konfransında iştirak edib.
 
Futbolxeber.az saytının məlumatına görə, Abışov jurnalistlərin verilən sualları cavablandırıb:
 
- Sabahkı matçla bağlı nə düşünürsən?
- Müəyyən aradan sora ilk oyunumuzu oynayacağıq. Həyəcan var. Yeni baş məşqçimiz, yeni oyunçular gəlib. “Neftçi” azarkeşləri bizdən daha yaxşı oyun gözləyəcək. Yaxşı hazırlıq keçmişik. Zədəli oyunçumuz yoxdu. Meydana kim çıxsa, var gücü ilə kömək edəcək. Baxmayaraq ki, rəqibimiz Macarıstanın ən köklü klublarından biridi. Amma biz sabah yaxşı nəticə qazanmaq istəyir. Hər bir futbiolçu üçün bu komandanı keçib “Sevilya” kimi komandaya qarşı oynamaq istəyər.

- Komanda yeni taktiki sxemdə oynayacaq. 4-3-3 sxeminə öyrəşə bilmisiz?
- Sxem formal xarakter daşıyır. Əsas odu ki, komanda olaraq düzgün müdafiə olunub, yaxşı hücum quraq. Taktiki sxemin o qədər də yoxdu. Hər bir futbolçu 90 dəqiqə ərzində komandaya kömək etsə, heç bir problem olmayacaq.
 
- Macarıstan klubunun əsas üstünlüyü və boşluqları hansıdı?
- Baş məşqçi ilə danışıqlar aparmışıq. Rəqibi təhlil etmişik. Ancaq sirr olaraq qalsa yaxşıdı. Çünki danışdıqlarımız Macarıstan mətbuatında da işlandırılacaq. "Uypeşt" haqda bildiklərimiz sirr olaraq qalsa yaxşıdı.
 
- “Uypeşt”i keçsəniz “Sevilya” ilə qarşılaşacaqsınız. Bu sizin motivasiyanızı azaltmırki?
- İlk oyunlar həmişə çətin olur. İstəyirik ki, sabahkı oyunda yaxşı komanda olduğumuzu göstərib, yaxşı oyun nümayiş etdirək. Qismət olacaqsa, “Sevilya”ya qarşı oynayacağıq. Hər bir futbolçunun karyerasında özəl bir hadisə olar, "Sevilya”ya qarşı oynamaq.
 
- Oyuna proqnozun nədi?
- Çətindi demək. Amma yaxşı nəticələr qazanmaq istəyirik. Sabah fərqlənmək istəyərdim. Fərqlənsəm daha yaxşı olar.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31