19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

İqnasio Errera İspaniya mətbuatına danışdı: "Neftçi" Azərbaycan üçün önəmlidi"

“Neftçi”nin sabiq futbolçusu İqnasio Errera İspaniya mətbuatına danışıb.

Futbolxeber.az saytının məlumatına görə, çilili futbolçu “ağ-qaralar”ın Avropa Liqasının ikinci təsnifat mərhələsindəki mümkün görüşü barədə fikirlərini bildirib: “Mən buna inana bilmədim. “Ramon Sançes Pisxuan”da oyun – bu sadəcə inanılmazdı. Üstəlik mən Sevilyanı çox sevirəm. “Neftçi” Azərbaycan ən tarixi komandasıdı. İndi isə ən tanınmış komanda “Qarabağ”dı. Ölkədə diqtə edən klubdu, Avropada da əla təcrübəyə sahibdi. “Neftçi” özü də Azərbaycan üçün önəmlidi. Yeni rəhbərlik gələndən orada çox dəyişiklik oldu.

Komandaya yeni oyunçular gəlib ki, onların çoxu da bir-biri ilə oynamayıb. Baqali Dabo, Soni Mustivar kimi oyunçularla müqavilə imzalanıb. “Neftçi” artıq bir dəfə Avropa Liqasının qrup mərhələsində oynayıb. Ona görə bu onlar üçün elə də yeni bir şey deyil.

“Sevilya” isə rəqibi qiymətləndirməlidi. Futbolda bilmirsiniz, sizi hansı sürpriz gözləyir. Dünya çempionatındakı nəticələri buna misal çəkmək olar.

“Neftçi” evdə uğurlu nəticə qazanmağa çalışacaq. Yəqin ki, azarkeşlər stadionu dolduracaq və komandanı irəliyə səsləyəcək. Ümid edirəm ki, “Neftçi” “Uypeşt”i keçib, “Sevilya”ya rəqib olacaq. Təbii ki, “Sevilya” açıq-aşkar favoritdi. Amma bayaq dediyim kimi, futbolda nəyin necə olacağını bilmək olmur. Xatırlayıram, biz ötən yay “Şalke”yə qarşı oynamışdıq və bizdə alınmışdı”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30