25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Qarabağ" Sloveniyaya yollanır

Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək son çempion “Qarabağ” Avstriya toplanışını davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağdam klubu bu gün sözügedən ölkədəki təlim-məşq toplanışını başa vuracaq.
 
İyunun 21-dən Avstriyada hazırlıq keçən Qurban Qurbanovun komandası sabah Sloveniyaya yollanacaq. Ağdam klubu ÇL-in 1-ci təsnifat mərhələsi çərçivəsində məhz Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq. İlk oyun səfərdə olduğundan, “Qarabağ” bu ölkəyə elə birbaşa Avstriyadan gedəcək.
 
“Qarabağ”ın “Olimpiya” ilə ilk oyunu iyulun 11-də Lyublyanada, cavab görüşü isə ayın 18-də Bakıda keçiriləcək.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30