20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Balzan"a uduzsaq faciə sayılmayacaq, ancaq..." - MÜSAHİBƏ

“Keşlə”nin müdafiəçisi Adrian Skarlatake Futbolxeber.az saytının suallarını cavablandırıb:
 
- Keçirdiyiniz hər iki yoxlama matçını məğlubiyyətlə başa vurmusunuz. Necə alındı həmin görüşlər?
- Komanda oyununu tutmağa çalışır. Son dəqiqə qolu ilə uuzmuşuq. Məğlub olmağımız əsas problem deyil.  Sadəcə olaraq yoxlama görüşləridi. Biz səhvlərimizi düzəltməliyik.
 
- Hazırda “Keşlə” üçün əsas problem nədi?
- Bizi narahat edən heç nə yoxdu. Hazırkı vəziyyətimiz də yaxşıdı. Biz Avropa Liqasının oyununa hazırlaşırıq. 
 
- İndidən komandanızı “Balzan”la oyunlara hazır saymaq olar?
- İndi yeni oyunçularımızın komandaya tam öyrəşməsi üçün zaman ehtiyac var. İyulun 12-də biz tam hazır olacağıq.
 
- Malta klubu haqda hansı fikirdəsən?
- “Balzan”ın oyunlarını görməmişik. Sadəcə onu bilirəm ki, 7-8 legionerləri var. Hansı ki, onlarımn əksəriyyəti də əvvəllər yaxşı klublarda oynayıb. Bizi çox çətin oyunlar gözləyir.
 
- “Balzan”ın futbolçuları mətbuata açıqlamalarında favoritin “Keşlə” olduğunu, ancaq növbəti mərhələyə çıxmaq istədiklərini bildirirlər. Bu haqda hansı fikirdəsən?
- Fikrimcə, qələbə qazanmaq üçün gücümüz var. Sadəcə olaraq bu heç də asan başa gəlməyəcək. “Balzan”a hörmətlə yanaşırıq. Amma hər iki oyunda da qalib gəlmək niyyətindəyik.
 
- “Keşlə” “Balzan”ı keçə bilməsə, bunu necə qarşılayacaqsınız?
- Bu faciə olmayacaq, ancaq yaxşı da qarşılanmayacaq. Həm komandanın əhval-ruhiyyəsi üçün yaxşı olmayacaq, həm də Azərbaycan futbolu üçün. İnanıram ki, növbəti mərhələyə adlaya biləcəyik. Biz yalnız bu haqda düşünürük. 
 
- Ölkə kubokunun final matçındakı heyətin saxlanılması da yəqin sizi sevindirir?
- Təbii ki, bu yaxşı haldı. Komandanın heyətinin saxlanılması hər zaman uğurlu addımdı. 
 
- Necə düşünürsən “Keşlə”nin yenə də transferlərə ehtiyacı var?
- Düzdü, komandamıza yeni oyunçular gəldi. Ancaq həm Avropa Liqası, həm də Azərbaycan çempionatındakı mübarizə üçün bizə yeni oyunçular lazımdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30