25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Neftçi"nin “Uypeşt” səddini keçmə şansı 30 faizdi"

"Neftçi”nin keçmiş hücumçusu Fərid Quliyev Futbolxeber.az saytına açıqlama verib.

O, “ağ-qaralar”ın “Uypeşt” səddini keçmək şanslarını dəyərləndirib: “Neftçi” üçün “Uypeşt”ə qarşı asan olmayacaq. Çünki Macarıstan komandalarının hücum xətti yaxşı olur. Müdafiədə isə elə də güclü olmurlar. Keçmiş mövsümlərə baxanda “Uypeşt” çempionatı elə də güclü keçirməyib. Ancaq istənilən halda “Neftçi” üçün çox çətin rəqibdi. Çünki avrokuboklar təcrübəsi var “Uypeşt”in. “Neftçi” də hamı bildiyi kimi necə mövsüm keçirib. İndi də heyəti yenidən yığılır. Fikrimcə, “Neftçi”nin “Uypeşt” səddini keçmə şansı 30 faizdi”.

Hələ “Uypeşt” səddi keçilsə, “Sevilya” ilə qarşılaşacaq “Neftçi”. Düzdü, “Uypeşt”lə oyunda “Neftçi” üçün bu motivsiya ola bilər ki, “oynayaq mərhələ keçək “Sevilya”nı Bakıya gətirək”. Yəni bu “Neftçi” üçün motivasiya ola bilər. Əlbəttə ki, “Sevilya”nın necə komanda olduğunu hamı gözəl bilir. “Neftçi” “Sevilya” ilə qarşılaşsa, mərhələ keçmə şansı bir faiz ola bilər. Amma yenə də “Sevilya” kimi komanda ilə qarşılaşmaq özü motivasiyadı. “Uypeşt” keçilməz rəqib deyil, keçilə biləcək komandadı. Ancaq hazırki “Neftçi” üçün çox çətin rəqibdi.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30