23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Rəşad Məcid: “Sabah hamımız “Qarabağ”lı olmalıyıq”

Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Qarabağ”ın Avroliqadakı çıxışları ilə bağlı Qol.Az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- Sizinlə “Qarabağ” haqda danışanda 2009-cu ildə Ağdam klubunun “Rusenborq”la oyunu ərəfəsində verdiyiniz proqnoz da yadımıza düşür. Həm nəticəni düz demişdiniz, həm də qolu kimin vuracağını.

- O vaxt qeyri-adi hadisə oldu. Ağdamın işğalı günü “Qarabağ” Norveçin “Rusenborq” komandasına qalib gəldi. Hələ oyundan bir gün əvvəl Aqil Abbasla “Qarabağ”ın məşqinə gedib futbolçularla görüşdük. Orada dedim ki, sabah Ağdamın işğalı günüdür, həmin gün isə “Qarabağ”ın qalib gəlməsi mənəviyyat məsələsidir. Ona görə bir neç gün əvvəldən insaları oyuna çağırmışdım. Futbolçulara da demişdim ki, inşallah, sabah stadionda böyük azarkeş dəstəyi hesabına ruh olacaq. O ruh futbolçulara sirayət edəcək, adaşım Rəşad Sadıqov qol vuracaq, “Qarabağ” 1:0 hesabı ilə qalib gələcək. Dediyim kimi də oldu. Doğrudan da həmin günü mən heç vaxt unuda bilmərəm. Çünki “Qarabağ” klubu Ağdamın işğalı günü Qarabağın adını daha geniş arenada – Avropada tanıtmağa səbəb oldu.

- Həmin vaxt siz çox möhkəm kövrəlmişdiniz, göz yaşlarınızı saxlaya bilməmişdiniz.

- Bu oyundan 10 gün əvvəl bütün müsahibələrimdə, İctimai televiziyanın efirində də azarkeşlərə müraciət etmişdim. Odan sonrakı vaxtlarda da “Qarabağ”ın qələbələrini gördüm. Qurban Qurbanovun məşqçi kimi peşəkarlığını hiss edirdim. Hələ o vaxt müsahibəmdə demişdim ki, əslində milli komandamıza Qurban Qurbanov gətirilməlidir. Çünki yerli məşqçi bir komandanı belə irəli aparırsa, o millidə də uğur qazana bilər. Zaman göstərdi ki, fikirlərimdə yanılmamışam. Çünki digər klublar  müxtəlif ölkələrdən baş məşçqi gətirsə də, “Qarabağ” yenə Azərbaycanda ən çox uğur qazanan komanda oldu. Əvvəl hiss edirdim ki, “Qarabağ”ın oyunçularında özünəinam yoxdur. Əsasən də hücumçular yüzfaizli qol imkanlarından istifadə edə bilmirdilər. Onlar rəqib qapıçı ilə təkbətək çıxanda özlərini itirirdilər. Ancaq getdikcə komandada təcrübə artdı və özünəinam hissi yarandı. İdmanda əsas şərtlərdən biri də özünəinamı yarada bilməkdir. “Qarabağ”ın Polşanın “Piast” klubu ilə səfərdə heç-heçə etməsi də həmin peşəkarlığın, özünəinamın nəticəsi idi. Sabah İsveçin “Gefle” komandası ilə oyuna da gedəcəyəm. Jurnalist dostlarımı da “Qarabağ”ı dəstəkləməyə çağıracağam. Güman edirəm ki, “Qarabağ” bu mərhələni də keçəcək. Amma azarkeş dəstəyi mütləq lazımdır. Çünki “Qarabağ” xüsusən beynəlxalq oyunlarda bu dəstəyi həmişə hiss edib. Yeganə komandamız “Qarabağ”dır ki, avrokuboklarda iştirakını davam etdirir. Ona görə sabah hamılıqla “Qarabağ”lı olmalıyıq.

- Həmişə deyirdiniz ki, komanda azarkeşlərdən ruh almalıdır, azərkeşlərin komandaya böyük təsiri var.

- Əlbəttə. Əsas şərtlərdən biri odur ki, futbolçular azarkelərdən istilik ala bilsinlər, onların enerjisini, ruhunu hiss edə bilsinlər. Bu, oyunçuların daha inamlı olmasına gətirib çıxarır. Məncə, sabah stadion yenə dolacaq və dediyim ki, hamımız “Qarabağ”lı olacağıq.

- “Qarabağ”a qarşı xüsusi simpatiyanızın olduğunu görürük. Bu, sizin qarabağlı olmağınız, yoxsa komandanın uğurları ilə bağlıdır?

- Qarabağın işğal altında olduğu bir dövrdə əslində hər bir bakılı, naxçıvanlı, lənkəranlı, gəncəli öz yerindən daha çox qarabağlı olmalıdır. Bu halda biz Qarabağın işğaldan azad edilməsinə nail ola bilərik. Bu baxımdan Ağdam klubuna simpatiyamın olması qarabağlı olmağımla bağlı deyil. Qarabağ hamımızın yarasıdır. Güman edirəm ki, başqa bir bölgədən olsam da, yenə “Qarabağ”a azarkeşlik edərdim. Sadəcə, qarabağlı olduğum üçün kənar insanlar bunu belə qələmə verirlər. Amma burada məsələnin mahiyyəti təkcə “Qarabağ”a azarkeşlik etmək deyil. Xüsusilə Avroliqa oyunlarında “Qarabağ”ın qalib gəlməsi, Avropanın müxtəlif şəhərlərdən qalibiyyətlə geri dönməsi Avropadakı insanların şüuruna Qarabağın Azərbaycan torpaqları olmasını yeridir. Bunu böyük maliyyə və təbliğatla etmək də mümkün deyil. İdmanın, futbolun etdiyini çox vaxt başqa təbliğatla etmək olmur. Ona görə də “Qarabağ”a mümkün olan dəstəyi verməliyik. Amma “Qarabağ”ın özü də yaxşı komandadır. Qurban Qurbanov çox sağ olsun ki, belə komanda yaradıb. Oyunçular da sağ olsun ki, ürəklə çıxış edirlər.

- Həmişə demisiniz ki, “Qarabağ”da yerli futbolçuların sayı çoxalması sizin üçün ikiqat xoşdur. İndi isə yerli futbolçuların qıtlığı səbəbindən komandaya gətirilən legionerlərin sayı artıb.

- Mən buna pis baxmıram. Ancaq həddindən artıq olması yaxşı hal deyil. Yadımdadır ki, bir dəfə Bakı “İnter”inin oyununu izləməyə getmişdim. Komandanın 80 faizi legioner idi. Bunu qəbul etmirəm. Hesab edirəm ki, ən uzağı 20-30 faiz legioner olmalıdır. Məhz öz futbolçularımıza güvənməliyik. Çünki elə məqamlar olur ki, idmanda da məhz milli ruh, vətənin mənafeyi futbolçuya əzm verir. Ancaq legionerlər üçün sadəcə peşəkarlıq, pul qazanmaq var. Bu baxımdan dediyim o ruh peşəkarlığı üstələyir.

- “Qarabağ”ın Avroliqa oyunlarında səfər meydanlarında da çıxış edir. Xarici ölkələrdə diaspor təşkilatlarımız var. Azərbaycan cəmiyyətində bir ziyalı sözünə həmişə ehtiyac olub. “Qarabağ”a dəstək olmaq üçün həmin diasporalarımıza nə demək istərdiniz?

- Eşitmişəm ki, bizim İsveçdə yaşayan dostlarımız - Vahid Qazi və başqaları “Qarabağ” cavab görüşündə komandaya dəstək olacaqlar. Mən də tək İsveçdə yox, ora yaxın ölkələrdə yaşayan soydaşlarımızı da “Qarabağ”a dəstək olmağa çağırıram. Bu da bir vətənpərvərlik, Qarabağın təbliğatı deməkdir. Ona görə getsinlər orada Azərbaycan bayrağını qaldırsınlar, “Qarabağ” şüarını səsləndirsinlər.   

- Və sonda. “Qarabağ”dan gözləntiniz nədir?

- İntuisiyam mənə deyir ki, “Qarabağ” mərhələni keçəcək. Çox arzu edirəm ki, Ağdam təmsilçisi növbəti turda da elə bir komanda ilə rastlaşsın ki, onu keçib qrupa düşə bilsin. Amma burada bəxt amili də var. Əvvəlki illərdə “Qarabağ” “Borussiya”  və “Tvente” kimi güclü klublarla düşmüşdü. İndi də güclü komandalarla düşsə, çətin olar. Amma dediyim ki, “Qarabağ” artıq formalaşmış bir komandadır və digər klublarımızdan üstün keyfiyyətlərə malikdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30