24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Əlimdən gələni edəcəm ki, "Neftçi” azarkeşləri üçün çox qollar vurum"

"Neftçi”-nin hücumçusu Kvame Karikari "Neftçi” TV-yə müsahibə verib.
 
Futbolxeber.az saytının məlumatına görə, qanalı futbolçu çoxlu qollar vurmaq üçün əlindən gələni edəcəyini bildirib: "Burada olduğum üçün xoşbəxtəm. Komandaya bir az gec qoşuldum. Buna baxmayaraq, həm komanda yoldaşlarım, həm də məşqçilər korpusu məni çox isti qarşıladılar. Komandaya və sistemə uyğunlaşmaq üçün həm fərdi məşqlər etməyə, həm də komanda ilə birgə hazırlığı davam etdirməyə çalışıram.
 
Burada olduğum üçün çox məmnunam. Mən əzmkarlıqla çalışmağın fayda verəcəyinə çox inanıram. Oynadığım klublarda əzmkarlıq nümayiş etdirməyə çalışmışam. Hücumçu kimi əsas vəzifəm qol vurmaqdan ibarətdir. Bunun üçün öz üzərimdə çox işləyəcəm. Komanda yoldaşlarım keyfiyyətli futbolçulardır. Onların köməyi ilə əlimdən gələni edəcəm ki, "Neftçi” azarkeşləri üçün çox qollar vurum”.
 
Karikari sonda "Neftçi” azarkeşlərinə səslənib: "Azarkeşlərimizin hamısını iyulun 12-dəki oyunda bizə dəstək olmağa çağırıram. Komanda yoldaşlarımın, dostlarımın, menecer tanışlarımın dediklərinə görə "Neftçi”nin böyük azarkeş ordusu var. Onların hər birinin gəlib, bizi dəstəkləməsini gözləyirəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30