23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Qarabağ"la tamam fərqli vəziyyətdəyik"

“İlk olaraq xətlərarası əlaqəni qeyd etməliyəm. Müdafiədə, yarımmüdafiənin mərkəzində yaxşı idik, üstəlik, hücumda da normal kombinasiyalar qura bildik”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Dinamo”nun baş məşqçisi Aleksandr Xatskeviç deyib.
 
Yoxlama matçında “Qarabağ”la qarşılaşan və 1:0 hesabı ilə qalib gələn kiyevlilərin çalışdırıcısı matçı klub saytına belə şərh edib: “İlk qarşılaşmaya görə, oyunun gedişi, hücumların təşkili kifayət qədər qənaətbəxş idi.
 
İntensiv ilk hissə izlədik. Müdafiədən hücuma yaxşı çıxışlar oldu. Yekunda bəzi şeylər alınmadı amma, başa düşmək lazımdı ki, biz “Qarabağ”la tamam fərqli vəziyyətdəyik.
 
Onlar bir həftə sonra Çempionlar Liqasında mübarizəyə başlayırlar, bu sonuncu sınaq oyunları idi. Biz isə ilk yoxlama matçımızı keçirdik, amma düşünürəm ki, uşaqlar doğru yöndə hərəkət edirlər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30