17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Roman Qriqorçuk: "Klub prezidentinin Almeydanın transferində xidməti böyükdü"

"Astana"nı qəbul edəndə heyətə görə narahatlığım var idi. Komandanın güclənməsinə ehtiyac olduğunu bilirdim. Rukavina və Almeydanın transferi ilə güclü futbolçular almaqla yanaşı, yaxşı seleksiya qrupumuzun olduğunu gördük".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Astana"nın baş məşqçisi Roman Qriqorçuk deyib.
 
Ukraynalı məşqçi "Qarabağ"ın sabiq futbolçusu barədə sözlər danışıb: "Almeydanı "Qarabağ"dan tanıyıram və oyununa bələdəm. O, komandanın liderlərindən biri idi. Riçard Azərbaycan millisinin üzvüdür. Klub prezidentimiz Sayan Həmidcanovun bu transferlərdə xidməti böyükdür. Təsəvvür edirəm ki, o, bu futbolçuları "Astana"ya keçməyə inandırmaq üçün hansı işlər görüb.
 
Danışıqlar zamanı müsbət planda arqumentlər irəli sürmək, inadkarlıq və futbolçuların nümayəndələrini özünə bağlamaq bacarığı vacibdi. Bu transferlərdə rəqiblərimiz var idi. Çox şadam ki, klub rəhbərliyi avrokuboklara qədər heyətin gücləndirilməsində dair verdiyi sözü tutdu".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30