25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Soni Mustivar: "Avroliqadakı ilk oyunumuza hazır olmalıyıq"

"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar "Neftçi” TV-yə müsahibə verib.

Futbolxeber.az saytının məlumatına görə, haitili futbolçu müqaviləsinin müddətinin artırılmasına münasibət bildirib:
 
"Neftçi” ilə müqaviləni yeniləmək mənim üçün əlamətdar hadisədir. Çünki bu komandaya gəldiyim ilk gündən özümü evimdəki kimi yaxşı hiss edirəm. Hər iki tərəfin təşəbbüsü ilə müqaviləni məhz indi yeniləmək qərarına gəldik. Çünki mən "Neftçi” ilə qarşıdakı illərdə böyük uğurlar qazanmaq istəyirəm. Müqaviləni yeniləmək yerinə düşdü. Ona görə ki, belə olan halda mən yalnız başımı aşağı salıb, rahatlıqla işimi yerinə yetirəcəm. Əlbəttə, "Neftçi” ilə müqavilə imzalamaq mənim üçün irəliyə atılmış addımdır. "Neftçi” böyük ada malik olan şöhrətli klubdur. Hər bir oyunçu karyerasıboyu böyük titullar qazanmaq istəyir. Mənə elə gəlir ki, "Neftçi” ilə müqavilə imzalamaq bunun üçün çox yaxşı vasitədir”.

Təlim-məşq toplanışını dəyərləndirən Mustivar komandamızın Avropa Liqasının birinci təsnifat mərhələsindəki oyunları və azarkeşlərimiz barədə danışıb:

"Hər şey yaxşıdır. Möhtəşəm bir məkanda təlim-məşq toplanışı keçirik. Həm otel, həm də məşq meydançaları yüksək səviyyədədir. Hazırlığımız öz qaydasında gedir. Bizim üzərimizdə çox çalışan, işimizi asanlaşdıran çox yaxşı məşqçilərimiz var. Məncə, bir az çox qaçırıq. Amma bu normaldır, çünki biz təlim-məşq toplanışındayıq. İlk üç oyunu çox yaxşı keçirdik, yaxşı nəticələr əldə etdik. Qələbələrin davamını növbəti oyunlarda da gətirməliyik və Avroliqadakı ilk oyunumuza hazır olmalıyıq.
 
Təsnifat mərhələsinin oyunlarıdır. Fikrimcə, çətin görüşlər olacaq. Çünki bu iki oyunda hər şey baş verə bilər. Yenə deyirəm, çətin oyunlar olacaq. Biz hər iki matçda əvvəldən sonadək mübarizə aparacağıq. Çünki ilk oyunda qələbə qazanmaqla düşünə bilərik ki, artıq ikinci görüş də həll olunub. Amma bu belə deyil. Əminliklə deyə bilərəm ki, rəqib komanda da oyunlara eyni cür yanaşır. Əlimizdən gələni edəcək ki, uğurlu nəticə qazansın. Ona görə də bizi mübarizədolu və maraqlı oyunlar gözləyir.
 
"Neftçi” fanatları inanılmaz dərəcədə çox mükəmməldirlər. İlk növbədə bizi dəstəklədiklərinə görə azarkeşlərimizin hamısına təşəkkürümü bildirirəm. Onlar ən yaxşılardır. İnanıram ki, oyuna çoxlu sayda azarkeş gələcək və bizi sonadək dəstəkləyəcək. Biz isə var gücümüzlə sonadək mübarizə aparacağıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30