20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ": 8-ci dəfə Premyer Liqada

Bu həftə - avqustun 2-də Premyer Liqanda yeni mövsümün startı veriləcək. Futbolxeber.az-ın məlumatına görə, iştirakçı komandalar arasında yer alacaq “Qəbələ” tarixində 8-ci dəfə çempionatın mükafatları uğrunda mübarizə aparacaq. 2005-ci ildə “Gilan” adı altında yaranan komanda ilk mövsümdə çıxış etdiyi I dəstədə çempion olaraq güclülər sırasına yüksəldi. 2006/07 mövsümündə güclülər dəstəsində ilk mövsümünü keçirən komanda artıq 7 dəfə Premyer Liqada çıxış edib.

Elitadakı debüt mövsümü klubun tarixində ən uğursuz olub. Çempionatın gedişində 23 uğursuz seriya yaşayan “qırmızı-qaralar” 6 və 10 oyunluq qələbəsizlik seriyası yaşayıb. Təhlükəli zonadan son anda qurtulan komanda mövsümü 11-ci pillədə başa vurub. Növbəti çempionatda 6-cı olan “Qəbələ” son 4 matçda qalib gəlməməklə daha da irəliləmək imkanını qaçırdı. 2008/09 mövsümü isə uğursuz alındı. Çempionatın sonunda komanda yalnız 10-cu pillədə qərarlaşdı.

“Altılıq” sistemi ilə keçirilən son 4 çempionatda isə “Qəbələ” 5-ci pillədən yuxarı, 7-ci yerdən aşağı düşmədi. 2009/10 mövsümündə “Qızıl xallar”ın tətbiqi ilə keçirilən çempionat klub tarixində rekordla əlamətdar oldu. 5-ci olan "qırmızı-qaralar" növbəti il ilk “altılıq”dan kənar düşdü. Komandanın  7-ci olduğu 2010/11 mövsümündə quru seriyası ilə fərqləndi. Həmin vaxt “Qəbələ” ardıcıl 10 matçda qol buraxmadı.

2011/12 mövsümündə isə klub tarixinin ən yaxşı nəticəsi təkrarlandı. Çempionatı 5-ci yerdə tamamlayan komanda mövsümün gedişində ardıcıl 3 məğlubiyyət alaraq daha da yüksəlmək imkanını qaçırdı. “Altılıq” sistemi ilə keçirilən sonuncu – 4-cü mövsümdə də ilk qrupda yer alan “qırmızı-qaralar” yalnız 6-cı oldu. Mövsümün ikinci yarısında qeydə alınan 8 qələbəsiz oyun “Qəbələ”nin daha yüksək yerdə qərarlaşmasına mane olan əsas səbəb idi.

 Mövsüm

yer

O

Q

H

M

TOP

X

2006/07

11

24

4

4

16

17-47

16

2007/08

6

26

11

3

12

33-36

36

2008/09

10

26

9

6

11

28-21

33

2009/10

5

32

13

10

9

36-36

49

2009/10, I mərhələ

 

22

10

6

6

24-21

36

2009/10, II mərhələ

 

10

3

4

3

12-15

13

2009/10, qızıl xallar

 

20

4

8

8

18-27

20

2010/11

7

32

13

12

7

31-18

51

2010/11, I mərhələ

 

22

8

7

7

19-14

31

2010/11, II mərhələ

 

10

5

5

0

12-4

20

2011/12

5

32

15

7

10

43-32

52

2011/12, I mərhələ

 

22

10

5

7

27-23

35

2011/12, II mərhələ

 

10

5

2

3

16-9

17

2012/13

6

32

10

8

14

32-40

38

2012/13, I mərhələ

 

22

9

5

8

26-27

32

2012/13, II mərhələ

 

10

1

3

6

6-13

6

Cəmi 

 

204

75

50

79

220-230

275

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30