19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Neftçi"nin müdafiəçisi: "Uypeşt"lə oyunda hər şey yaxşı olacaq"

"Neftçi”nin müdafiəçisi Anton Krivotsyuk klubun rəsmi saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, futbolçu müqaviləsinin müddətinin artırılmasına münasibət bildirib:
 
"Əlbəttə, "Neftçi” ilə müqavilə müddətini artırmağım, bu klubun şərəfini qorumağa davam etməyim mənə müsbət enerji verir. Mənim kimi gənc futbolçu üçün bu böyük stimuldur, irəliyə addımdır. Bu komandaya öyrəşmişəm. Burada qalmaq istəyirdim. Ümidvaram ki, faydalı olmağa davam edəcəm”.
 
Türkiyədəki təlim-məşq toplanışını dəyərləndirən Krivotsyuk komandamızın Avropa Liqasının birinci təsnifat mərhələsində uğurlu çıxış edib, mərhələ adlayacağını deyib:
 
"Təlim-məşq toplanışı yekunlaşmaq üzrədir. Fikrimcə, pis çalışmırıq. Məşqçinin dediklərinin hamısını yerinə yetirməyə cəhd edirik. Artıq üç yoxlama oyunu keçirmişik. Necə oynadığımı məşqçilər korpusu daha dəqiq qiymətləndirə bilər. Onu deyə bilərəm ki, təlim-məşq toplanışı çərçivəsində həm oyunlarda, həm də məşqlərdə böyük istəklə və var gücümlə çalışmışam. İnanıram ki, "Uypeşt”lə oyunda hər şey yaxşı olacaq, uğurlu çıxış edib, mərhələni adlaya biləcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30