29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Rauf Əliyev: "O, "Qəbələ"yə kömək edəcək səviyyədə oyunçudu" - MÜSAHİBƏ

“Qəbələ”nin hücumçusu Rauf Əliyev Futbolxeber.az saytının suallarını cavablandırıb:
 
- Sloveniyadakı toplanışınız necə gedir?
- Hər şey qaydasındadı. Çalışırıq ki, yaxşı vəziyyətdə olaq. Kollektivdə də yaxşı atmosfer var.
 
- Son dəfə Zaqreb “Dinamo”su ilə yoxlama görüşündə üz-üzə gəldiniz və meydanı məğlubiyyətlə tərk etdiniz. Həmin görüş necə alındı?
- “Dinamo” ilə oyunumuz yaxşı alındı. Zaqreb təmsilçisi həqiqətən yaxşı komandadı. Toplanış vaxtı güclü kluba qarşı oynayanda adamın özünə də xoş olur.
 
- Səncə, “Kukesi”yə qarşı yaxşı oynamışdınız, yoxsa “Dinamo”ya qarşı?
- “Kukesi”yə qarşı da normal oyun oynamışdıq. Yenə də artırmaq lazımdı. Qarşıdakı oyunlarda daha da yaxşı oynaya bilərik. “Kukesi” ilə görüşdə son dəqiqə qolu buraxdıq. Ancaq bu cür oyunlarda əsas olan hesab yox, nümayiş etdirilən oyundu. Yəni səhvlərimizi görməyimiz daha vacibdi.
 
- “Kukesi” sənin keçmiş komandandı. Onlara qarşı görüş sənin üçün xüsusi sayıla bilər?
- Köhnə komandama qarşı oynayırdım. Matçdan əvvəl də uşaqlarla görüşdüm. “Kukesi”yə qarşı oynamaq xoş oldu.
 
- “Qəbələ” “Skenderbeu” forması geyinmiş Ceyms Adeniyi adlı forvardla anlaşdı. Səncə, o, sizə kömək edə biləcək?
- Bəli, Ceyms “Qəbələ”yə kömək edəcək səviyyədədi.
 
- Yəni, onunla rəqabət aparmağın maraqlı olacaq?
- Əlbəttə ki. Həqiqətən də komandada rəqabət çox güclü olacaq.
 
- “Qəbələ”də 10 nömrəli futbolkada oynayacaqsan. Deyəsən, indiyə qədər bu nömrə altında oynamamısan...
- Ruslan Qurbanov komandadan ayrıldıqdan sonra bu nömrə boş idi. Mən də boş olduğuna görə götürdüm. Xüsusi bir şey yoxdu.
 
- Son olaraq “Proqress”lə görüş barədə fikirlərini almaq istəyərdim. Artıq indidən sizi lüksemburqlularla görüşə hazır saymaq olar?
- Bütün fikirlər elə “Proqress”lə oyuna yönəlib. Onsuz da oyun saatına kimi də hazırlığımız davam edəcək. Ümid edirəm ki, hər şey yaxşı alınacaq.
 
- “Proqress” barədə hansı fikirdəsən?
- Lüksemburq klubları son illərdə avrokuboklarda yaxşı çıxış edir. Çünki klubların heyətlərində legionerlər çoxdu. Amma istənilən halda biz də bu görüşlərdə maksimum nəticə üçün oynayacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31