25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Denis Silva: "Balzan"a məğlub olmaq barədə düşünmürük" - MÜSAHİBƏ

"Keşlə"nin müdafiəçisi Denis Silva Kruz Futbolxeber.az saytının əməkdaşının suallarını cavablandırıb. Braziliyalı müdafiəçi komandasının hazırlığından danışıb. Bununla yanaşı o, komandasının Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan "Balzan"la oyunlardakı şanslarını dəyərləndirib:

- Türkiyədəki hazırlıq dönəmində ilk görüşünüzü "Çelik"ə qarşı keçirdiniz və meydandan məğlubiyyətlə ayrıldınız. Matçla bağlı nə deyəcəksən?
- Biz oyuna yaxşı başlamışdıq. Daha çox topla oynayan tərəf özümüz idik. Ancaq ikinci yarıda bir az başqa cür oldu. Çünki meydanın durumu da ağır idi. Ona görə oyunu bir az yorğun başa vurduq. Oyunda uşaq səhvləri etdik. Bu da qapımıza vurulan iki qolla nəticələndi.

- Hazırda komandada çatışmayacan əsas cəhət nədi?
- Məncə, hazırda elə də bir çatışmayacan və pis cəhətimiz yoxdu. Biz çalışmağa davam edirik, səhvlər etməyimiz normaldı. Çünki hazırlığın ilk vaxtlarıdı. Ona görə də bunu normal hesab etmək olar. İşləyərək səhvlərimizi düzəldə bilərik. 


- İndidən komandanı "Balzan"la görüşə hazır saymaq olar?
- Biz istənilən oyuna hazır olmalıyıq. Ancaq nəticə almaq üçün işləyirik. Hansı ki, prezidentimiz və baş məşqçimiz bunu bizdən gözləyir. Ona görə də istənilən halda biz buna hazır olmalıyıq. 

- Ümumiyyətlə, Malta klubunun oyununu izləmisən? Rəqib səndə hansı təəssüratı yaradır?
- Hazırda biz bütün fikrimizi işimizə yönəltmişik. Ona görə də rəqib barədə elə də çox məlumatım yoxdu. İstirahətdən qayıtdıqdan sonra yalnız fikrimi komandamın hazırlığına yönəltmişəm. Fiziki, texniki və taktiki cəhətdən hazırlaşırıq. Yaxın günlərdə Yuri Maksimov "Balzan" haqda bizə danışacaq.  

- "Balzan" futbolçuları növbəti mərhələyə adlamaq istədiklərini bildirsələr də, cütün favoritinin "Keşlə" olduğunu da bildirirlər...
- İndi favorit anlayışı qalmayıb. Dünya çempionatından misal çəkmək də olar. Çempionluğa favorit olan bir neçə komanda turniri tərk etdilər. Halbuki bəziləri həmin komandaların çempion ola biləcəyini düşünürdü. Hər şey meydanda həll olunur. Hansı komanda qalib gəlməyi daha çox istəyir, o da mərhələ adlayır. 

- "Keşlə" "Balzan" səddini keçməsə bunu böyük uğursuzluq kimi qəbul etmək olar?
- Biz "Balzan"a məğlub olmaq barədə düşünmürük. Bütün fikrimiz bu komandanı keçməkdi.

- Ölkə kubokunda qalib olduqdan sonra komandadakı demək olar əksər oyunçular komanada saxlanıldı. Bunu özünüzün üstünlüyü kimi görürsən?
- Əlbəttə ki, bu əla bir işdi. Çünki futbolçular nə qədər çox birlikdə oynasalar, bu bir o qədər yaxşıdı. Futbolçuların bir-birini tanıması onların meydandadakı işinə də yaxşı mənada təsir edir. Ümid edirəm ki, heyətimizin saxlanılması bizə daha yaxşı nəticələr qazanmağa kömək olacaq.

- Komandaya yeni futbolçular - Miloş Bosançiç və Eduardo Konseysao dəvət edilib. Onlar haqda hansı fikirdəsən?
- Yeni oyunçuların gəlməsi hər zaman yaxşıdı. Komandaya kömək etməyə gəlirlər. Hər ikisinin bizə kömək edəcəyinə ümid edirəm. 

- Sabiq komandan olan "Neftçi" etdikləri transferlərlə diqqəti çəkmək istəyir. Səncə, onlar həmin transferlərlə Azərbaycan Premyer Liqasında çempionluğa oynaya bilər?
- Bağışlayın, ancaq "Neftçi" haqda nəsə deməyimə ehtiyac yoxdu. Ancaq öz komandam haqda danışa bilərəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30