25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Cavid Hüseynov: "Qərarı baş məşqçi verəcək"

"Zədəmlə bağlı komandaya bir az gec qoşuldum. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Futbolçular arasında mehriban ünsiyyət hiss olunur. Oyunçularla baş məşqçi arasında peşəkarlığa söykənən yaxın münasibət var. Bu da sevindirici haldır. Sənan Qurbanov daha əvvəl bir neçə oyunluq komandaya baş məşqçi kimi rəhbərlik edib. Bu dəfə onun fəaliyyəti uzunmüddətli və “Qəbələ” üçün uğurlu olacağına inanıram".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin kapitanı Cavid Hüseynov “qırmızı-qaralar”ın mövsümlərarası hazırlığını dəyərləndirərkən klubun saytına deyib.
 
O, məşq prosesinin yaxşı səviyyədə keçdiyini bildirib: "Bütün oyunçuların səylə məşq etdiyi, inkişafa çalışdığı hiss olunur. Qarşıda bizi UEFA Avropa Liqasının oyunları gözləyir. Bu turnirdə yaxşı nəticə qazanmaq istəyirik”.
 
30 yaşlı yarımmüdafiəçi I təsnifat mərhələsinin Lüksemburq “Proqres”i ilə ilk oyununa hazır olmağa çalışdığını qeyd edib: “Əsas müalicə dönəmini arxada qoymuşam. 2-3 günə komanda ilə kollektiv çalışmalara qoşulacam. “Proqres”lə ilk görüşdə iştirak edib-etməyəcəyim hələ dəqiqləşməyib. Zədədən sonra tam sağalsam belə, meydana çıxmağımla bağlı qərarı baş məşqçi verəcək. Komandanın uğuru üçün hansı addım məqsədəuyğundursa, o addım da atılacaq”.
 
Hüseynov ilk rəqib barədə də fikirlərini bölüşüb: “Rəqib barədə əldə etdiyimiz məlumatlara əsasən onları təhlil etmişik. Kifayət qədər ciddi rəqib, yaxşı komandadır. Komandamız da matça ciddi yanaşır. Bizim üçün ən vacib olan nəticədir. Bunu istəyiriksə, rəqibi özümüzdən üstün hesab etməli, buna uyğun hazırlıq keçməliyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30