25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Real"ın sabiq müdafiəçisi "Bakı"ya keçir

"Bakı" növbəti transferini reallaşdırır. Futbolxeber.az-ın məlumatına görə, "zolaqlılar" heyətini yenə də ispan futbolçu ilə gücləndirir. Belə ki, "Bakı" Ruben Qonzales Roşanı transfer edir. 31 yaşlı mərkəz müdafiəçisi karyerasına "Real"ın B komandasında başlayıb. 2006-cı ilə kimi 4 oyunda "Kral Klubu"nun əsas heyətində meydana çıxan təcrübəli arxa xətt oyunçusu həm də icarə əsasında Münhenqladbax "Borusiya"sı və "Albasete"də forma geyib. "Real"la vidalaşdıqdan sonra "Rasinq", "Selta" və "Malyorka"da çıxış edən Ruben Qonzalesin son klubu "Osasuna" olub. Son 2 ildə "Bakı"nın yeni transferi La Liqa klubunun heyətində 26 matçda iştirak edib. Ruben Qonzales Roşa həm də İspaniyanın U-16, U-17, U-18, U-20 və U-21 millilərində forma geyib. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30