29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Proqress”ə qalib gələrək azarkeşləri sevindirmək istəyirik" - MÜSAHİBƏ

“Qəbələ”nin yarımmüdafiəçisi Qismət Alıyev Futbolxeber.az saytına müsahibə verib. Bölgə təmsilçisinin aparıcı üzvü komandasının təlim-məşq toplanışından danışıb. Bununla yanaşı Avropa Liqasında mərhələ adlamaq şanslarını dəyərləndirib:
 
- Komandanın hazırlığı necə gedir?
- Məşqlərimiz yaxşı səviyyədə davam edir. Sənan Qurbanovun tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Elə oyunlarda da Sənan müəllim nə deyirsə, onu da etməyə çalışırıq.
 
- Yeni gələn Ceyms Adeniyi və Sabien Lilay haqda hansı fikirdəsən?
- Yeni komanda yoldaşlarımızdı. Yeni gələnlərin də komandamıza kömək edəcəyini düşünürəm.
 
- Zaqreb “Dinamo”su ilə yoxlama oyunu oynayacaqsınız. Əsas məqsəd qələbə qazanmaq olacaq, yoxsa oyununuzu yaxşılaşdırmaq istəyirsiniz?
- Oyun haqda danışmasam yaxşı olar. Biz meydana çıxacağıq ki, öz oyunumuzu göstərək. Nəticədə yoxlama görüşüdü. Ancaq qələbə də hər zaman xoşdu.
 
- “Kukesi” ilə görüşdə də qələbə qazana bilməmişdiniz...
- Həmin görüşdə də baş məşqçinin dediklərini etməyə çalışırdıq. “Kukesi”yə qarşı oyunumuz da yaxşı alınmışdı. Səhvlərimizin üstündə işləməliyik.
 
- Sənan Qurbanovun istədiyini yerinə yetirmək çətin olmurki?
- Xeyr. Çünki bir-birimizi çoxdan tanıyırıq. 
 
- Filip Ozobiç, Baqali Dabo, Vitali Vernidub kimi oyunçular komandadan ayrıldı. Onlarsız oynamaq çətin olmayacaqki?
- Gedən oyunçuların hamısına uğurlar arzu edirəm.
 
- “Qəbələ” Avropa Liqasının ilk görüşündə “Proqress”lə oynayacaq. Necə düşünürsən, lüksemburqluları Qəbələdə məğlub etmək mümkün olacaq?
- İlk oyun Qəbələdədi. "Proqress”ə qalib gələrək azarkeşləri sevindirmək istəyirik. İnşallah istədiyimiz kimi alınar.
 
- “Qarabağ” “Olimpiya” klubunu keçəcəyi təqdirdə, potensial rəqibi “Kukesi”di. Artıq Albaniya klubu ilə oynadınız. Necə düşünürsən, “Qarabağ”ın albanları keçmək şansı var?
- İndidən belə bir danışmaq düzgün olmazdı. İndi bütün komandalar təlim-məşq toplanışındadı. Azərbaycanın bütün komandalarına avrokuboklarda uğurlar arzu edirəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31