20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Kiril Petrov: "Uypeşt" ciddi rəqibdi", amma keçilməz deyil"

"Neftçi"nin müdafiəçisi Kirilo Petrov klubun rəsmi saytına müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, təlim-məşq toplanışı haqda danışan ukraynalı futbolçu Avropa Liqasının 1-ci təsnifat mərhələsində püşkün nəticəsini dəyərləndirib.
 
 
- Artıq 5 gündür Türkiyədə təlim-məşq toplanışı davam edir. Hazırlıq necə keçir?
- Hər şey əladır. Yeni baş məşqçinin rəhbərliyi altında məşqlər maraqlı keçir. Qarşıdakı oyunlara ciddi hazırlaşırıq.
 
- Yeni baş məşqçi Roberto Bordin haqda nə deyə bilərsən?
- Yaxşı, ixtisaslı mütəxəssisdir. Təcrübəli və istəkli olduğu dərhal görünür. Hesab edirəm ki, onun rəhbərliyi altında oynamaq maraqlı olacaq.
 
- Çoxdandır avrokuboklarda çıxış etmirsən. Avropa Liqasında meydana çıxmaq, avrokubok abu-havasını yaşamaq üçün alışıb-yanmırsan ki?
- Əlbəttə, avrokubok həyəcanını mümkün qədər tez yaşamaq istəyirəm. Başqa bir ölkədə başqa bir çempionatın başqa bir komandasına qarşı oynamaq maraqlıdır. Başqa çempionatla müqayisədə Azərbaycan çempionatını, öz gücünü yoxlamaq yaxşı olardı. Fikrimcə, bizim komandada çoxları uzun müddətdir avrokuboklarda iştirak etmirlər. Buna görə də hamımız üçün maraqlı olacaq.
 
- Püşkün nəticəsini necə dəyərləndirirsən? "Uypeşt”lə oyunlardan nə gözləyirsən?
- Təbii ki, rəqibə hörmətlə yanaşırıq. "Uypeşt” ciddi rəqibdir, amma keçilməz deyil. Öz oyunumuzu göstərsək, növbəti mərhələyə adlaya biləcəyik. Buna görə də çox ciddi hazırlaşmalıyıq.
 
- Avrokubok oyunu öncəsi azarkeşlərə nə sözün var?
- İstərdim ki, azarkeşlərimiz ilk oyundan başlayaraq sonadək bizi dəstəkləsinlər. "Neftçi”nin çoxdandır avrokuboklarda oynamadığını nəzərə alaraq "Dalğa Arena”ya gəlib, tribunaları doldursunlar. Yeni baş məşqçi və yeni futbolçularla bizim necə azarkeşlərimizin olduğunu görmək çox xoş olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30