28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ceyms Adeniyi 3 illik "Qəbələ"də

2018/19 mövsümünün hazırlıqlarını Sloveniyada davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.
 
Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qırmızı-qaralar” nigeriyalı futbolçu Ceyms Adeniyini heyətinə qatıb. 26 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
 
Nigeriyanın U-17 yığmasında çıxış etmiş hücumçu 2012-ci ildən Avropada legioner həyatı yaşayır. 20 yaşında Albaniyaya yollanan Ceyms 6 il bu ölkə klublarının formasını geyinib. O, 2012-2013-cü illərdə “Byulis”də çıxış edib.
 
Hücumçu 2013-cü ilin ilk yarısını icarə əsasında “Tomori”də keçirib. 2014-cü ilin əvvəlində “Laçi” ilə anlaşan Adeniyi 2 il bu komandanın uğurları üçün çalışıb. Nigeriyalı legioner son 2,5 ili “Skenderbeu”da çıxış edib. Albaniya karyerasında 2 çempionluq, 2 kubok və 1 Superkubok qazanan afrikalı hücumçu bu müddətdə 216 oyunda 76 qol vurub. O, Superliqada 51 (170 oyun), kubokda 19 (26), Superkubokda 2 (2), avrokuboklarda 4 (18) dəfə rəqib qapılarına yol tapıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31