19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Neftçi"nin futbolçusu rəhbərlikdən şikayətçidir: "Pulumu vermirlər"

“Hələlik “Neftçi” ilə məsələni həll edə bilməmişəm. Onlar Lukas Qomeslə məni əvəzedici heyətə göndərdilər. Dedilər ki, əsas komandada sizə yer yoxdur. Hələlik ikinci komandada məşq etmək istəyirəm. Sonrasına baxarıq”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri qol.az-a açıqlamasında “Neftçi”nin yarımmüdafiəçisi Mayk Kampaz deyib. Paytaxt klubu dekabr ayına qədər müqaviləsi olan kolumbiyalı futbolçunu vaxtından əvvəl göndərmək istəsə də, o, bununla razılaşmır. Çünki “ağ-qaralar” 8 aylıq sözləşmənin qarşılığında Kampaza cəmi 2 ayın maaşını təklif edirlər. Bu isə əcnəbi oyunçunu qane etmir:
 
“Mənə müqaviləni qarşılıqlı şəkildə pozmağı təklif etdilər. Etiraz etmədim. Ancaq buna görə təklif etdikləri məbləğ çox azdır. Bilirsiniz ki, “Neftçi” ilə dekabr ayına qədər müqaviləm var. Rəhbərlik isə müqaviləni pozmaq üçün cəmi 2 ayın maaşını təklif edir. Təbii ki, bu, məni razı sala bilməz. Onlara bildirdim ki, heç olmasa pulumun yarısını, 4 aylıq maaşımı verin, gedim. Görünür, bu da onları qane etmədi ki, məni əvəzedici komandaya göndərdilər”.
 
Kampazın sözlərinə görə, klub rəhbərliyi futbolçu üçün ayrılmış avtomobili onun əlindən alıb, özünü isə evsiz qoyub: “Neftçi” rəhbərliyi müqavilənin şərtlərini pozmaqda davam edir. Mənə ayrılmış avtomobili aldılar, özümü isə evsiz qoydular və may ayının maaşının çox az hissəsini verdilər. Mənə qarşı haqsızlıq etdilər”.
 
Kampaz müqavilə şərtlərinə əməl etmədiyi üçün “Neftçi”ni FİFA-ya şikayət edə biləcəyini də istisna etməyib: “Bu komandada yaxşı günlərim olub. Ona görə də münasibətləri pis bitirmək istəmirəm. Ümid edirəm ki, tezliklə hər şeyi yoluna qoyacaqlar. Onlar da bilirlər ki, mən əvəzedici komandada çox qalmalayacağam. İnanıram ki, iş o həddə çatmayacaq ki, FİFA-ya müraciət edim. Qısa zamanda vəziyyəti düzəldəcəklər. Elə etmək lazımdır ki, sonda hər iki tərəf razı qalsın”.
 
Qeyd edək ki, bir neçə gün öncə Bakıya gələn Kampaz məşqlərə qatılmaq üçün klubun bazasına getsə də, təhlükəsizlik xidmətinin əməkdaşları rəhbərliyin qərarı ilə onu və Lukas Qomezi bazaya buraxmamışdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30