19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Səlahət Ağayev: "Son mövsümdən daha yaxşı nəticələrə ümid edə bilərik" - MÜSAHİBƏ

"Neftçi”-nin qapıçısı Səlahət Ağayev klubun rəsmi saytına müsahibə verib.
 
Futbolxeber.az saytının məlumatına görə, Ağayev komandanın indiki durumundan, Avropa Liqasının püşkündən və yeni transferlərdən danışıb.
 
 
- Komandanın hazırlıq prosesi haqqında nə deyə bilərsiniz?
- Fiziki hazırlığı Bakıda keçdik, sırf Avropa Liqasının oyunlarına hazırlaşmaq üçün isə Türkiyəyə gəldik. Komandanın çox istəkli olduğunu görünür, bu Bakıda da müşahidə olunurdu. Bu gün artıq yoxlama oyunumuz var, hazırlığımızın ilk nəticəlirini bu oyunda görəcəyik.
 
 
- Yeni transferlər necə təsir bağışlayır?
- Komandaya yeni qoşulan futbolçulardan Darionu, Dabonu tanıyırıq. Onların haqqında ancaq müsbət rəy bildirə bilərik. Xorvatiyalı müdafiəçi Slavko Braliç də pis təsir bağışlamır, bizə xeyir verə biləcək bir oyunçudur. Tural Axundov və Rəşad Eyyubov da bizə kömək edə biləcək futbolçulardır.
 
 
- Keçən mövsüm demək olar ki, əsas qapıçımız yox idi. Rəşad Əziziliylə rəqabətiniz var idi. Bu rəqabəti indi də hiss edirsiz?
- Əlbəttə ki, mən də bu rəqabəti hiss edirəm. Rəqabət bütün mövqelərdə olmalıdır. Bu bütün komandanın xeyrinədir.
 
- Komandamız Avropa Liqasında Macarıstanın "Uypeşt” komandası ilə görüşəcək. Bu həddi keçsək, İspaniyanın "Sevilya”sı ilə qarşı-qarşıya gələcəyik.
- Biz indi ancaq "Uypeşt” haqqında fikirləşirik. Avropa Liqasına çıxan komanda zəif ola bilməz. Hesab edirəm ki, püşkün nəticəsi bizim üçün digər klublarımızınkından daha ağır oldu, amma əlimizdən gələni edəcəyik ki, oyunumuzu göstərək və azarkeşlərimizi sevindirək.
 
- Gələn mövsümdə komandamız və azarkeşlərimiz nəyə ümid edə bilər?
- Komanda rəhbərliyi bizim üçün gözəl şərait yaradıb. Məşqçilərimiz hazırlıq prosesində lazımı tapşırıqlarını verirlər. Zəif cəhətlərimizin aradan qaldırılmasına çalışırlar. Boşluqlar lazımı transferlərlə gücləndirilir. Biz də dayanmadan məşqləri davam etdiririk. Yeni mövsümə yaxşı hazırlaşırıq. Əgər hər şey belə davam etsə, son mövsümdən daha yaxşı nəticələrə ümid edə bilərik. Azarkeşlərimizdə sona qədər bizimlə olsunlar. Qələbələrimizi birlikdə qeyd edək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30