19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Rəvan” İsveç millisinin üzvünü transfer etdi

2013/14 mövsümünə ciddi və iddialı hazırlaşan "Rəvan” daha 1 transfer rəsmiləşdirib. Futbolxeber.az-ın məlumatına görə, komanda Çili əsilli isveçli futbolçu Sebastyan Kastro-Telyo ilə müqavilə bağlayıb. Sloveniya toplanışı çərçivəsində "Rəvan”a qoşulan və oynadığı matçlarda özünü yaxşı tərəfdən göstərən 26 yaşlı isveçli futbolçu ilə 1 illik saziş imzalanıb.

Qeyd edək ki, Kastro-Telyo İsveçin "Hammarbü” klubundan transfer edilib. Bir neçə il öncə yeni gənc tapıntılar üçün təsis olunmuş "Fotbollsgalan" nominasiyasında nominant olmuş Sebastyan İsveçin 21 yaşa qədər futbolçularından ibarət millisində də top qovub. U-21-də o, 11 oyuna 3 qol vurmağa nail olub.

Hazırda İsveçdə olan və Bakıya gəlməyə hazırlaşan Seba karyerasında ilk dəfə legioner həyatı yaşayacaq. Amma o, yerli mətbuata açıqlamasında bundan narahat olmadığını dilə gətirib: "Azərbaycanda oynamaq, karyeramı bu ölkədə davam etdirmək mənim üçün çox maraqlı olacaq. Təbii, legioner həyatı yaşamaq istədiyimdən belə imkanı qaçıra bilməzdim. Bu üzdən də aldığım təklifi müsbət dəyərləndirdim. İlk dəfədir xaricə üz tuturam. Amma heç nədən çəkinmirəm. Düşünürəm ki, karyeramda hər şey yaxşı olacaq”.

Onu da bildirək ki, "Rəvan” buna qədər 8 rəsmi transfer həyata keçirmişdi. Sloveniya toplanışına yollanana qədər 5 futbolçunun – Elvin Həsənəliyev, Ceyhun Cavadov, Fuad Əhmədov, Novruz Məmmədov və Bəxtiyar Soltanovun keçidini həll edən komanda bu gün daha erkən saatlarda Kamil Nurəhmədov, Elnur Abdulov və İvan Pexa ilə də müqavilə bağlamışdı.

 


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30