20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qəbələ" qələbəni əldən verdi

2018/19 mövsümünə hazırlıqları Sloveniyada davam etdirən “Qəbələ” təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb. 
 
Sənan Qurbanovun baş məşqçisi olduğu komanda matça aşağıdakı start heyəti ilə başlayıb: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 18. İlqar Qurbanov, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə, 28. Stiven Monroz, 10. Rauf Əliyev.
 
Ehtiyatda isə bu futbolçular yer alıb: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 7. Roman Hüseynov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 88. Sabien Lilay, 89. Abbas Ağazadə.
 
Avrokubokların I təsnifat mərhələsinə hazırlaşan komandaların görüşü qarşılıqlı hücumlarla keçib. Lakin rəqiblər ilk yarıda qol sevinci yaşaya bilməyib. Fasilədən sonra hər iki komandanın heyətində dəyişikliklər olub. Aqil, Hacıağa və Sabien ikinci hissənin ilk dəqiqələrindən Dmitri, Qismət və Elvinin yerinə meydana çıxıb. 
 
Qurbanov ehtiyatda olan digər futbolçuların hamısına ikinci hissənin gedişində meydana çıxmaq şansı verib. Matçdakı qollar da ikinci hissədə vurulub. 79-cu dəqiqədə Albaniya təmsilçisinin qapısına yol tapan Stiven Monroz “Qəbələ”ni hesabda önə çıxarıb - 1:0. “Kukesi” yalnız matça əlavə olunmuş dəqiqədə hesabda tarazlıq yaratmağa müvəffəq olub – 1:1.
 
Beləliklə, “qırmızı-qaralar” Sloveniya toplanışındakı ilk yoxlama oyunundan qollu sülhlə ayrılıb.
 
"Qəbələ" - "Kukesi" 1:1 
Qollar: Stiven Monroz, 79 // Dino Spehar
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30