25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Neftçi"nin hansı futbolçunu gətirməsi ilə heç maraqlanmıram da"

“Sumqayıt”ın təcrübəli oyunçusu Rail Məlikov Futbolxeber.az saytına müsahibə verib:
 
- “Sumqayıt”ın hazırkı transferləri bəs edir ki, komanda qarşıdakı mövsüm yaxşı nəticə versin?
- Siyahıda olan transferlərin hamısı həll olunmayıb. Ancaq belə yetərincə adlı-sanlı transferlərimiz oldu. Qarşıdakı olunacaq transferlər də bizə bəs edər. Yetərincə düzgün və yaxşı transferlər olunub. 
 
- “Şaxtyor”da çıxış edən Murad Xaçayev də komandaya cəlb edilib. Onun haqda nə düşünürsən?
- Muradı elə də tanımıram, oyununu görməmişəm. Ancaq onun haqda eşitmişəm, gəncdi, gələcək vəd edən oyunçudu. “Sumqayıt” gənclər üçün gələcəyə açılan qapı kimidi. Bizə gələn gənclər irəliyə addım ata bilir.
 
- Digər komandalar da transfer etməyə başlayıb. Sənin diqqətini çəkən transfer hansı oldu?
- Başqa klubların heç biri ilə maraqlanmıram. Çünki mənim üçün fərqi yoxdu, hansı komanda kimi gətirdi. Mənim üçün əsas olan öz klubumdu, buranı fikirləşirəm.
 
- Sənin üçün doğma sayılacaq “Neftçi”yə yeni baş məşqçi və oyunçular gəlib. "Qəbələ"nin sabiq forvardı Baqali Dabo da heyətə daxil olunub. Bütün bunlar komandanın qarşıdakı mövsüm çempionluğa oynamasına kömək ola bilər?
- “Neftçi”nin hansı futbolçunu gətirməsi ilə heç maraqlanmıram da. Baqali Dabo yox, kimi gətirirlər gətirsinlər. Dabo “Qəbələ”də də 2-3 il oynadı, heç onlar çempion ola bilmədi. Hansı klub kimi gətirirsə, o demək deyil ki, çempionluğu qazanacaq. Qarşıdakı mövsüm çox maraqlı çempion oyunları olacaq. Hansı komanda güclüdüsə, layiqdisə o da qazansın. 
 
- “Neftçi”də ən yaxşı vaxtlarda oynamısan. O vaxtdan bu yana “Neftçi” əvvəlki vaxtdakı hegemonluğunu qaytara bilmir. Səncə, nə çatışmır?
- Beş mövsüm “Neftçi”də oynamışam, iki dəfə çempion olmuşam. Mən gedəndən sonra “Neftçi” bir dəfə çempion olub. Çempion olmaq üçün nə etmək lazımdı? Onu “Neftçi” rəhbərliyi və futbolçuları daha yaxşı bilər. Bizim vaxtkı “Neftçi” tam fərqli idi, o "Neftçi" ilə indikini bir-birinə tay tutmaq olmaz, yerlə-göy qədər fərq var. Həm oyunçular, həm rəhbərlik başqa idi.
 
- Dünya çempionatını izləyirsən? Hansi komandaya azarkeşlik edirsən?
- Əlbəttə ki, izləyirəm. Bu mundialı izləməmək mümkün deyil. Futbolla əlaqədar nə var hamısını izləyirik. Uşaqlıqdan bu yana azarkeşlik etdiyim komanda həmişə Almaniya və İspaniya olub. Bu mundialda da hər ikisinə azarkeşlik edirəm.
 
- Səncə, hansı komanda çempion olacaq?
- Məncə, çempion Seneqal olacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30