20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Sevilya" "Neftçi"ni gözləyir

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin də püşkatma mərasimi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, püşk nəticəsində “Qəbələ”, “Neftçi” və “Keşlə”nin də Avroliqanın 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub.
 
Beləliklə, “Qəbələ” “Proqres” (Lüksemburq) səddini keçsə, 2-ci mərhələdə “Honved” (Macarıstan) - “Rabotniçki” (Makedoniya) cütünün qalibi ilə qarşılaşmalı olacaq. Komandamız ilk oyunu səfərdə, cavab görüşünü evdə keçirməlidi.
 
“Neftçi” “Uypeşt”i (Macarıstan) mübarizədən kənarlaşdıracağı halda növbəti mərhələdə İspaniyanın “Sevilya” klubu ilə üz-üzə gələcək. İlk oyun səfərdə, cavab matçı Bakıda baş tutacaq.
 
Azərbaycan kubokunun qalibi “Keşlə”ni isə “Baltsan”ı (Malta) keçəcəyi halda “Milsami” (Moldova) - “Slovan” (Bratislava, Slovakiya) mübarizə gözləyəcək. Təmsilçimiz yenə ilk matçını səfərdə, cavab görüşünü evdə keçirəcək.
 
Bu mərhələnin ilk oyunları iyulun 26-da, cavab görüşləri isə avqustun 2-də keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30