20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ağabala Ramazanov: "Qarabağ" güclü rəqiblə düşdü"

“Qarabağ”dan ayrıldıqdan sonra Ağabala Ramazanov “Səbail”lə anlaşdı. Futbolxeber.az saytına müsahibə verən Ramazanov, “Qarabağ”dan ayrılması, “Səbail”ə keçidi və bu Dünya çempionatındakı favoriti barədə danışıb.
 
- “Qarabağ”dan ayrılıb “Səbail”ə keçdin. Ağdam klubundan ayrılmağına səbəb nə oldu?
- “Qarabağ” rəhbərliyinə və məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Mənə etimad edib komandaya dəvət etmişdilər. Az-az oynadığıma görə, mehribancasına klubdan ayrıldım.
 
- “Səbail”dən savayı başqa klublardan təkliflərin var idi?
- Təkliflərim var idi. Ancaq “Səbail”ə keçməyə üstünlük verdim. Bu cür qərar verdiyimə görə narahat da deyiləm.
 
- “Səbail” səndən savayı başqa oyunçular da gəlib. Rahid Əmirquliyev, Ruslan Qurbanov, Orxan Əliyev, Şəhriyar Rəhimov kimi oyunçular transfer edilib. Transferlər haqda hansı fikirdəsən?
- Hamısı sayılıb-seçilən yerli futbolçulardı. Özü də inandığımız oyunçulardı. “Səbail”in uğurları üçün hamımız əlimizdən gələnin ən yaxşısını edəcəyik.
 
- Komandanın iddialı olması üçün səncə, daha çox futbolçu lazımdı?
- Bu məsələ ilə baş məşqçimiz məşğuldu. Hər şeyin ən düzünü Aftandil Hacıyev bilir.
 
- “Səbail” qarşıdakı mövsüm avrokuboklar üçün oynayacaq? 
- Ən əsası Aftandil müəllimin istədiyi mehriban kollektivi formalaşdırmaqdı. Hər şey yaxşı olsa, nəticə də olacaq. 
 
- Sabiq komandan olan “Qarabağ” Sloveniya çempionu “Olimpiya” ilə qarşılaşacaq. Səncə, təmsilçimiz sloveniyalıları keçə biləcək?
- “Qarabağ” güclü rəqiblə düşdü. İstənilən halda “Qarabağ”a uğurlar arzu edirəm. Azərbaycanlı kimi hamımız “Qarabağ”ın uğurunu gözləyirik.
 
- Dünya çempionatı davam edir. Hansı komandanı favorit hesab edirsən və hansı komandaya azarkeşlik edirsən?
- Dünya çempionatını maraqla izləyirəm. Mənim favoritim İspaniya yığmasıdı. Elə onların Dünya çempionu olmasını istəyirəm. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30