20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ruslan Abışov: "Sevinirəm ki, Dabo və Dario kimi futbolçular transfer olunub"

"Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına müsahibə verib.
 
Futbolxeber.az-ın məlumatına görə, yeni transferlər haqqında da danışan futbolçu, Avropa Liqasında maksimum uğurlu çıxış etmək istədiyini bildirib:
 
- Yeni baş məşqçi Roberto Bordinin rəhbərliyi altında məşqlər komandada necə təəssürat yaradıb?
- Mövsümün hazırlığına yeni baş məqşçi ilə başlamışıq. İnanıram ki, hər şey komandamız üçün yaxşı olacaq. Biz futbolçuların üzərinə düşən vəzifə baş məşqçinin verdiyi tapşırıqları yüksək səviyyədə yerinə yetirməkdir ki, oyunlarda daha yaxşı çıxış edək.
 
- Yeni transfer olunmuş legionerlər haqda nə deyə bilərsiz?
- Baqali Dabonun səviyyəsi məlumdu. Dario Frederiko da onun kimi. Çox sevinirəm ki, "Neftçi”yə belə futbolçular transfer olunub. Əlbəttə, xorvatiyalı müdafiəçi Slavko Braliçi də bura aid edərdim. Əminəm ki, yeni transferlər tez bir zamanda komandaya uyğunlaşıb, həm çempionatda, həm də Avroliqada uğurlu mübarizə aparmağımız üçün bizə kömək edəcəklər. Turalın və Rəşadın da bizə qoşulması komandaya əlavə güc qatacaq.
 
- Sizcə, "Neftçi” Avropa Liqasında nə qədər irəliləyə biləcək?
- Düzdür, avrokubokların formatı çətinləşib. Amma bizim oyunlara hazırlaşmağımızdan çox şey asılıdır. Maksimum uğurlu çıxış etmək istəyirik. "Neftçi” və Azərbaycan adına yaxşı nəticə göstərmək üçün əlimizdən gələni etməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30