28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"də qalmaq istəyirdim"

"Neftçi” PFK-nın yarımmüdafiəçisi Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib.
 
Futboxleber.az saytının məlumatına görə, müqaviləsinin 2 il müddətinə artırılmasından danışan futbolçu yeni baş məşqçinin rəhbərliyi altındakı məşqlər haqda təəssüratlarını bölüşüb.
 
- "Neftçi”də daha iki il qalacaqsız. Müqavilənin uzadılması barədə çox fikirləşdiz?
- Danışıqlar müəyyən müddət davam etdi və nəticədə biz hər iki tərəfi razı salan ortaq məxrəcə gəldik. Çox şadam, çünki "Neftçi”də qalmaq istəyirdim. Özümü burada çox yaxşı hiss edirəm. Rəhbərliklə, komanda yoldaşlarımla, xüsusilə ən çətin vaxtlarımda mənə dəstək olan azarkeşlərlə çox yaxşı münasibətlərim var.
 
- Son mövsüm uğurlu başa çatsa da, komanda üçün çox çətin alındı. Buna baxmayaraq, futbolçular ancaq iki həftə dincələ bildilər. Ötən mövsümdən qalan yorğunluğu hiss edirsizmi?
- İki həftə? (gülür) Mən milli komanda ilə toplanışlarda oldum deyə, ancaq altı gün dincələ bildim. Təbii ki, müəyyən yorqunluq var, amma biz artıq növbəti mövsümə köklənməliyik. Həm də, yeni baş məşqçimizi daha yaxşı tanımalıyıq. Onun iş üslubu ilə, verdiyi tapşırıqlarla tanış olmalıyıq. Odur ki, işimiz kifayət qədər çoxdur.
 
- Roberto Bordin komandaya dörd məşq keçib. Təəssüratlarınız necədir?
- Bu, standard məşqlər idi. Qaçışlarla kifayətlənirdik, ancaq dünən topla işlədik. Formamızı bərpa edirik, ona görə də ilk təəssüratlardan danışmaq çətindir.
 
- İyunun 20-də "Neftçi”nin Avropa Liqasında ilk rəqibi müəyyənləşəcək. Potensial rəqiblərə baxmısızmı?
- Bəli, siyahını görmüşəm, amma demək olmaz ki, hər hansı bir komandanı yaxşı tanıyıram. Düzdür, potensial rəqiblərimizin heç biri o qədər də güclü çempionatlarda oynamır, amma bu o demək deyil ki, bizə asan olacaq. Dünya çempionatı zəif rəqiblərin qalmamasını açıq-aşkar göstərdi. Braziliya və Argentina heç-heçə etdilər, Almaniya məğlub oldu. Özümüzə əmin olmalıyıq, amma eyni zamanda rəqibi düzgün qiymətləndirməliyik.
 
- Yeni transferləri necə qiymətləndirirsiz?
- Baqali Dabonun yüksək səviyyəyə malik futbolçu olduğu hamıya məlumdur. O, keçən mövsümün ən məhsuldar oyunçusudur. Dario Frederiko isə diqqətimi elə "Kəpəz”də cəlb etmişdi. Çox yaxşı futbolçudur. Rəşad Eyubovla Tural Axundovu da tanıyıram. Şadam ki, onlar artıq bizə qoşulub. Xorvatiyalı Slavko Braliçə də komandamızda uğurlar arzulayıram. Rəhbərlik uğur qazanmaq üçün lazımı işlər görür. İnanıram ki, həm yeni futbolçular, həm də komandada olanlar bu mövsüm üzərinə düşən öhdəliyi lazımınca yerinə yetirəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31