19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Diniyev: "Yenidən özümü sübut etmək üçün bu kluba gəldim" - MÜSAHİBƏ

“Sabah”ın müdafiəçisi Kərim Diniyev Futbolxeber.az saytına müsahibə verib:
 
- Mövsüm sonu “Səbail”dən ayrıldın. Klub rəhbərliyi səninlə yeni müqavilə imzalamaq istəmədi. Bu nə ilə bağlı idi?
- Heç nə ilə bağlı deyildi. Sadəcə olaraq yeni baş məşqçinin verdiyi qərar idi. Buna da hörmətlə yanaşmaq lazımdı. Yəni, böyük problem deyil.
 
- Səncə, Aftandil Hacıyev səninlə işləmək istəmədi?
- Yəqin ki, elə də olub, onun oyun planına daxil deyilmişəm. Hər məşqçinin öz oyun fəlsəfəsi var.
 
- “Sabah”la artıq anlaşmısan. Necə alındı keçid?
- Təklif gəldi “Sabah”dan, oturduq-danışdıq. Məqsədlər və şərtlər haqda söhbətimiz oldu. Sonda da “Sabah”la razılaşdıq. Çox uzun-uzadı fikirləşməyə də ehtiyac olmadı. Cəmi 1-2 gün vaxt çəkdi.
 
- Başqa təkliflərin var idi, yoxsa təkcə “Sabah” səninlə maraqlanmışdı?
- Artıq hər şey keçmişdə qalıb. “Sabah”la müqaviləm imzalamışam. Amma təkliflərim var idi. Sadəcə olaraq oynamaq və yenidən özümü sübut etmək üçün heç düşünmədən Elşad Əhmədovun yanına gəldim. Çünki onun yanında artıracağıma, inkişaf edəcəyimə əminəm.
 
- Komandanın baş məşqçisi Elşad Əhmədovla danışmısan? Məqsədiniz nə olacaq?
- Bu gün ilk məşqimiz oldu. Hər şey də yaxşıdı. Yeni komandadı, yerli uşaqlarla başlamışıq. Yəqin ki, yaxın vaxtlarda legionerlər də gələcək və artıq təlim-məşq toplanışında birlikdə olacağıq. Məqsədimiz də layiqli şəkildə mübarizə aparmaqdı. Bacardığımız qədər üst pillələri tutmaq istəyirik.
 
- Necə düşünürsən, qarşıdakı mövsüm üçün “Sabah” Premyer Liqada yerini qoruya bilər?
- Əlbəttə ki, debütant komanda üçün ilk mövsümün çətin keçəcəyi bəllidi. Ancaq əlimizdən gələni edəcəyik ki, komanda yaxşı pillələrdə olsun.
 
- Şahin Diniyevin “Qəbələ”yə baş məşqçi təyin oluna biləcəyi deyilsə də, bu baş tutmadı. Səncə, Şahin müəllimə klublar nəyə görə ehtiyac duymur?
Mənim qarışacağım məsələ deyil. Hamı üçün xeyirlisi olsun. Deyiləsi bir şey yoxdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30