18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Roberto Bordin: "Deməmişəm ki, "Neftçi" ilə çempion olmaq çətindi"- MÜSAHİBƏ

"Mən və məşqçi yoldaşlarıma güclü komanda həvalə olunub. Ona görə də əlimizdən gələni edəcəyik ki, növbəti mövsümdə maksimum nəticə göstərək. Xoş təəssüratlarımız var. Gələcəyə ümidlə baxırıq".
 
Futbolxeber.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roberto Bordin komandanın bugünkü açıq məşqi zamanı keçirdiyi brifinqdə deyib. İtaliyalı mütəxəssis jurnalistlərin digər suallarını da cavablandırıb...  
 
- İtaliya mətbuatına açıqlamanızda "Qarabağ"la rəqabətdə çempionluğun asan olmayacağını demisiniz. "Neftçi"ni çempion edə biləcəksiniz?
- Ola bilsin, siz səhv oxumusunuz. Mən heç vaxt elə ifadə işlətməmişəm. Ola bilsin, "Qarabağ" kimi güclü komandanın olduğunu demişəm. Amma deməmişəm ki, "Neftçi" ilə çempion olmaq çətindir. Yeni oyunçular transfer etməyə hazırlaşırıq. Çalışacağıq ki, növbəti mövsüm baş rolda biz olaq. 
 
 
- Komandaya yeni qoşulan oyunçulardan söz düşmüşkən, onların arasında Moldova "Şerif"ində rəhbərliyiniz altında çıxış etmiş Zigi Badibanqa da var?
- (gülür) Siz məndən yaxşı bilirsiniz ki... Mənim elə bir məlumatım yoxdur. Rəhbərliyimizin etdiyi transferlər çox güclü oyunçulardır. Belə məsələləri daha çox klub prezidenti Kamran Quliyev və idman direktoru Ceyhun Sultanovla danışın. Çünki mən transfer məsələlərinə qarışmıram. Amma təbii ki, öz məsləhətlərimi verirəm. 
 
- Bəs sizin istəyinizlə gerçəkləşən transfer olmayacaq?
- "Neftçi" böyük klubdur. Hamı gəlib bu komandada oynamaq istəyər. Amma gərək indidən bir söz deməyək. Təbii ki, bəzi mövqelərə açar oyunçular lazımdır. Yəqin ki, yaxın günlərdə onlar da olacaq. 
 
- Bugünkü məşqi azarkeşlər də izlədilər. Onları necə sevindirəcəksiniz?
- Komandanın əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bəzi oyunçular çatışmır. Bu da qısa müddət ərzində həllini tapacaq. Yaxşı nəticə göstərmək istəyirik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30