25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Adrian Skarlatake: "Avrokuboklarda iki mərhələ keçə bilərik" - MÜSAHİBƏ

"Keşlə"nin ötənilki heyətdən Adrian Skarlatakeni də saxlamaq qərarına gəldi. Belə ki, Bakı təmsilçisi rumıniyalı futbolçu ilə bir illik müqavilə imzaladı. Futbolxeber.az saytına müsahibə verən "Skarla" həm "Keşlə"də qalması haqda, həm də komandasının avrokuboklardakı şansları barədə danışıb:
 
 
- “Keşlə” ilə yeni müqavilə imzalamısan. Bu barədə nə deyəcəksən?
- Bəli, “Keşlə”də qalmağa üstünlük verdim. Çünki ötən mövsüm mənim üçün yaxşı keçdi. Bütün bunları nəzərə alıb “Keşlə”də qalmaq istədim. Komandamla birlikdə Avropa Liqasının təsnifat mərhələsində çıxış etmək istəyirəm.
 
- Digər klublardan təklif almışdın?
- Bəli, təkliflərim var idi.
 
- Hansı klubdan?
- Rumıniyadan mənə təklif gəlmişdi. Ancaq razılaşmadım və “Keşlə”də qalmağa üstünlük verdim.
 
- Rumıniyaya niyə yollanmadın və nəyə görə məhz “Keşlə”də qaldın?
- “Keşlə” ilə birlikdə Avropa Liqasında oynamaq istəyirəm. Bundan savayı indiki durumda komandamı dəyişmək fikrində deyiləm. İki ildi ki, “Keşlə”dəyəm və burada da oynamaq istəyirəm.
 
- Bəs qarşıdakı mövsüm “Keşlə”də əsas məqsədlərin nə olacaq?
- Fikrimcə, qarşıdakı mövsüm üçün 2-3 yeni transferlə Premyer Liqada ilk üçlük üçün mübarizə apara bilərik. Təbii ki, baş məşqçi və əksər oyunçular komandada qalarsa dediyim kimi ola bilər. Qarşıdakı mövsüm biz daha uğurla çıxış edə bilərik.
 
- Komandan Azərbaycan millisinin də hücum xəttində yer alan Amil Yunanovla gücləndi. Yunanov səncə, “Keşlə”yə nə verə bilər?
- Bəli, Amili yaxşı tanıyıram. Fikrimcə, o, güclü hücumçudu. O, ötən mövsümdə də qollar vurub. Ümid edirəm ki, o, “Keşlə”də minimum “Sumqayıt”da vurduğu qol qədər vuracaq.
 
- Bir müddət sonra avrokuboklarda çıxışınıza başlayacaqsınız. “Keşlə”nin 1-2 mərhələ keçməsi realdı?
- Ötənilkindən də yaxşı komandamız var. Əminəm ki, avrokuboklarda minimum iki mərhələ keçə bilərik. Ümid edirəm ki, biz daha çoxunu edəcəyik.
 
- “Transfer pəncərəsi” zamanı diqqətini cəlb edən transfer hansı olub?
- Filip Ozobiçin “Qarabağ”a keçidini qeyd edərdim. Düşünürəm ki, bu “Qarabağ” adına yaxşı transferdi. Çünki Ozobiç yaxşı oyunçudu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30