20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rauf Əliyev: "Çətinliklər oldu, futbolsuz yaşamaq çox çətindi"

"Bir müddət futbolsuz qaldım. Çətinliklər oldu, çünki futbolsuz yaşamaq çox çətindi. Hamı oynamaq istəyir. Çox şükür ki, “Qəbələ”də məşqlərə başladım, məşqsiz qalmadım.  Hazırda komanda ilə bir yerdəyəm, əvvəlki gücümü yığa biləcəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin hücumçusu Rauf Əliyev deyib.
 
Bir müddətdi komandanın düşərgəsində olsa da, debütü reallaşmayan oyunçu futbola ac olduğunu bildirib:“Əlbəttə, futbolsuz çətin günləri arxada qoymağa çalışıram. Belə deyək, bir növ futbola acam. Yenidən özümü göstərmək istəyirəm”.
 
Millimizin üzvü düşərgədə ab-havanın yaxşı olduğunu deyib: “Sənan müəllim klubun içindəndi. Sevindirici haldır ki, baş məşqçimiz azərbaycanlıdı. Düşərgədə hər şey yaxşıdı, yaxşı atmosfer var. Kollektiv ilk gündən mehribandı və hamı öz işini bilir. Toplanışımızın bundan sonra da belə davam etməsini gözləyirik”.
 
Rauf Əliyev Avropa Liqasında qrup mərhələsinə qədər irəliləmək üçün əllərindən gələni edəcəklərini vurğulayıb: “Qəbələ” artıq iki dəfə Avropa Liqasının qrupuna düşüb və azarkeşlərimiz bizdən bu nəticəni istəyəcəklər. Komanda buna iki dəfə nail olduğu üçün, gözləntilər çoxdur. Əlbəttə, komandanın da istəyi budur. Bunun üçün çox çalışmalıyıq”.
 
Təcrübəli hücumçu “Qəbələ”nin daxili yarışlarda çempionluq uğrunda mübarizə aparcağını sözlərinə əlavə edib: “Qəbələ”nin məqsədi həmişə çempionluq olub. Bu iddianı davam etdirmək üçün mübarizə aparacağıq. Azarkeşlərimiz komandaya inansınlar. İnşallah, bu mövsüm onları sevindirəcəyik. Mən də azarkeşlərimizi qollarla sevindirməyə çalışacam”.   
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30