19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Qarabağ"ın sabiq müdafiəçisi Bakı klubunu niyə seçib?

“Sumqayıt”la müqaviləm başa çatdı. Klubun mənə etdiyi yeni müqavilə isə qane etmədi məni və oradan ayrıldım”.

Bunu Futbolxeber.az saytına açıqlamasında “Keşlə”nin yeni transferi Azər Salahlı deyib.

“Keşlə”nin yetirməsi olan 24 yaşlı müdafiəçi 2015-ci ildə “Qarabağ”a transfer olunmuşdu. “Sumqayıt”la yeni müqavilə imzalamaq istəməyən Salahlı sabiq klubuna qayıtdı. Müdafiəçi “Keşlə”dən savayı da başqa klublardan təklif alsa da, seçimini sabiq komandasından yana edib: “Mənə təklif göndərən tək klub “Keşlə” deyildi. Başqa komandalar da mənə təklif göndərmişdi. Bildiyiniz kimi mən futbola da elə burada başlamışam. Bu komandanı özümə yaxın hiss etdim. Ona görə də “Keşlə”ni seçdim. Düzünü desəm, komandanın avrokuboklarda oynaması seçimimə təsir etdi”.

Salahlı “Keşlə”nin Avropa Liqasının təsnifat mərhələsində hansı nəticəni göstərə biləcəyi barədə isə bunları deyib: “Avrokuboklarda hansı nəticəni göstərə bilərik? Hər şeyi zaman göstərəcək. Biz əlimizdən gələni edəcəyik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30