20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rahid Əmirquliyev: "Favoritim Braziliya yığmasıdı" - MÜSAHİBƏ

“Qarabağ”dan ayrıldıqdan sonra “Səbail”lə anlaşan millimizin də formasını geyinən Rahid Əmirquliyev Futbolxeber.az saytına müsahibə verib:
 
- Rahid, “Səbail”ə keçidin necə alındı?
- Aftandil Hacıyev baş məşqçi postuna keçəndən sonra mənimlə danışdı, görüşdük, razılaşdıq. “Səbail”də oynamağa razılıq verdim. Düzdü, başqa təkliflər də almışdım. Amma üstünlüyü “Səbail”dən yana verdim. Aftandil Hacıyevin bu komandaya keçidimdə rolu var.
 
- Komanda səndən savayı bir neçə futbolçu ilə də güclənib. Necə düşünürsən, komanda bu heyətlə qarşıdakı mövsüm Premyer Liqada hansı nəticəyə imza ata bilər?
- Hər komanda yaxşı yerlər üçün mübarizə aparır. Biz də yaxşı heyət yığıb qarşıdakı mövsüm avrokuboklara vəsiqə üçün oynayacağıq. Bir sözlə qarşıdakı mövsüm iddialı kollektiv olmaq istəyirik.
 
- Mətbuatda yayılan xəbərlərə görə kapitan sarğısı sənə verilsə də, buna razı olmamısan. Niyə?
- Komandanın kapitanı var. Ümumiyyətlə, komandanın kapitanı varsa, mənə belə təklif olanda qəbul etmərəm.
 
- “Səbail”lə müqavilə imzaladıqdan sonra daha sərfəli və yaxşı təklif aldın?
- Xeyr, bu klubla müqavilə imzalayandan sonra başqa komandalardan təklif almadım.
 
- “Transfer pəncərəsi” açıqdı və klublar heyətini gücləndirir. Sənin diqqətini çəkən transfer hansı olub?
Hələ ki, diqqətimi çəkən Ozobiçin “Qarabağ”a transferidi.
 
- “Qəbələ”nin aparıcı üzvü olmuş Filip Ozobiçin “Qarabağ”a keçidini necə qarşıladın? Səncə o, Ağdam klubuna xeyir verə biləcək?
Filip Ozobiç çox yaxşı futbolçudu. O, bunu “Qəbələ”də oynadığı vaxtlarda sübut edib. Fikrimcə, o, “Qarabağ”a xeyir verəcək.
 
- Azərbaycan millisinin son toplanışına dəvət olunmasan da, komandanın üzvü hesab etmək olar səni. Yığmamızın son toplanışda Latviya ilə görüşdəki qələbəsini necə şərh edərdin?
- Millimiz Latviya ilə oyunda yaxşı oyun nümayiş etdirib, layiqli qələbə qazandı. Həmin gün meydanda çox yaxşı milli var idi.
 
- Millətlər Liqasının oyunlarında Azərbaycan millisinin heyətində səni görmək mümkün olacaq?
Onu zaman göstərəcək. Daima əsas heyətdə oynayıb yaxşı formada olsam, millinin düşərgəsində yer almaq şansım olacaq.
 
- Yeri gəlmişkən, artıq Dünya çempionatı start götürüb. Mundialda hansı komandaya azarkeşlik edirsən?
- Dünya çempionatında Braziliyaya azarkeşlik edirəm. Favoritim də elə Braziliya yığmasıdı. Ancaq Fransa millisini də fərqləndirmək istəyərdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30