28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Malta millisinin hücumçusu: "İndidən Azərbaycanla oyunların proqnozunu verə bilmərəm" - MÜSAHİBƏ

Millətlər Liqasında Azərbaycan millisinin rəqiblərindən biri də Malta yığmasıdı. Qrupun favoriti hesab olunmasa da, bu komandanın da liderlər qrupunda ola biləcəyi gözlənilir. Malta millisinin hücumçusu Jan Paul Farrugiya Futbolxeber.az saytına müsahibəsində həm Azərbaycanla oyun barədə danışıb, həm də qrupdakı şanslarını dəyərləndirib:
 
- Millətlər Liqasında yer aldığınız qrupda rəqib sarıdan bəxtinizin gətirdiyini demək olar?
- Heç bir komanda zəif deyil. Hər üç rəqibə ciddi yanaşırıq. Bizim üçün çox çətin oyunlar gedəcək. Həm Kosova, həm Farer adaları, həm də Azərbaycan yetərincə yaxşı komandalardı.
 
- Qrupun favoriti hansı komandadı?
- Fikrimcə, favorit Kosova yığmasıdı. Çünki onlar həqiqətən də güclü komandadı. Son yoxlama görüşlərində də çox yaxşı çıxış ediblər.
 
- Azərbaycanda isə çoxları düşünür ki, bu qrupun favoriti Azərbaycandı…
O da mümkündü. Azərbaycanı da favorit göstərmək olar. Çünki təcrübəli komandadı və son tsikldə çox yaxşı çıxış etdilər. Sadəcə heyətlərə nəzər salsaq, Kosovanın heyətinin daha güclü olduğunu görərik.
 
- Azərbaycanla görüşlərdə qələbə qazana biləcəksiz?
- İndidən Azərbaycanla oyunların proqnozunu verə bilmərəm. Çünki futbolda istənilən nəticə olur. Amma biz çalışacağıq ki, tək Azərbaycanla görüşdə deyil, bütün matçlarda qalib gələk. Ümid edirəm ki, bu bizdə alınacaq.
 
- Malta Azərbaycanla son görüşlərdə əsasən məğlubiyyətlə üzləşir..
Bəli, Azərbaycanla son görüşlərdə qələbə qazana bilmirik. Çünki Azərbaycan yığması güclənib. Ona görə də indidən deyə bilmərəm ki, Azərbaycanla görüşlər hansı nəticə ilə başa çatacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31