28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rikardinyo: "Sənan Qurbanov üçün yaxşı şans yaranıb"

“Hazırkı klubumda qalıb-qalmayacağımı dəqiqləşdirməmişəm. Rəhbərliklə danışığımız olub, sabah dəqiqləşdirəcəm hər şeyi. Amma əslində “Qəbələ”dən sonra “Oksford”da işlərim pis getməyib”.

Bunu Futbolxeber.az saytına açıqlamasında “Qəbələ”nin sabiq futbolçusu Rikardinyo deyib.

2015-2017-ci illər aralığında “Qəbələ”də forma geyinmiş braziliyalı ölkəmizdən ayrıldıqdan sonra İngiltərəyə yollanıb “Oksford Yunayted”lə müqavilə imzalamışdı.

Braziliyalı oyunçu “Qəbələ”dən ayrılmasına baxmayaraq, komanda ilə maraqlandığını söyləyib:

“Qəbələ” ilə maraqlanıram, orada baş verənlərlə maraqlanıram. Roman Qriqorçukun komandadan ayrılması barədə də xəbərdaram. Roman Qriqorçuk çox yaxşı insan və yaxşı məşqçidi. Ona gələcəkdə də uğurlar arzu edirəm. Yeni baş məşqçi təyin olunan Sənan Qurbanova da uğurlar arzulamaq istəyirəm. Sənan yaxşı köməkçi məşqçi olub. Futbolçularla işləmək üçün yaxşı təcrübəyə malikdi. İndi isə Sənanın məşqçi kimi ideyalarını, işini göstərməsi üçün yaxşı şans yaranıb. “Qəbələ”də olduğum müddətdə, gördüklərimdən deyə bilərəm ki, Sənan Qurbanov “Qəbələ”yə uğur qazandıra bilər".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31