20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Neftçi"nin yeni transferi: "Rəqabətdən qorxmuram"

"Fikrimcə, uzun illərdir "Neftçi"nin Azərbaycan futbolunun flaqmanı olması heç kimə sirr deyil. Əlbəttə, böyük tarixə, çoxsaylı titullara malik olan bu kluba keçdiyim üçün qürur duyuram. Ümid edirəm ki, uğurların davamını birlikdə gətirəcəyik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin yeni transferi Rəşad Eyubov söyləyib. 25 yaşlı yarımmüdafiəçi klubun "YouTube" kanalına danışıb. Eyubov üzvü rəqabətdən qorxmadığını deyib: "Rəqabətdən qorxmaq qeyri-peşəkarlıqdır. Buna görə də rəqabətdən qorxmuram. Əksinə, daha yaxşı futbolçu olmaq üçün rəqabətin olmasını istəyirəm. Bunun yalnız faydası var".

Eyubov "Neftçi" azarkeşlərinə də mesaj göndərib: "Hamı bilir ki, "Neftçi"nin necə yaxşı azarkeş ordusu var. Əvvəl çıxış etdiyim klublarda "Neftçi"yə qarşı oynayanda onların doğma komandalarını oyunboyu necə çılğıncasına dəstəklədiklərini fərqləndirirdim. Azarkeşlərdən istəyim budur ki, bu mövsüm də dəstəklərini əsirgəməsinlər. Biz bir ailə olub, yüksək hədəflərə çatmalıyıq. Əminəm ki, çempionatda qarşıya ən yüksək hədəf qoyulacaq və biz çempionluq uğrunda mübarizə aparacağıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30