24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Bordin üçün "Neftçi"də işləmək asan olmayacaq”

"Roberto Bordin adını birincə dəfədi ki, eşidirəm". Bunu  Futbolxeber.az saytına açıqlamasında "Neftçi"nin sabiq futbolçusu Saşa Yunisoğlu deyib.

"Neftçi"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandığı dönəmdə də çıxış etmiş Yunisoğlu yeni təyinatla bağlı fikirlərini saytımızla bölüşüb.

O, Azərbaycan və Moldova çempionatları arasında müqayisə də aparıb: "Deyirlər ki, Bordin "Şerif"i çempion edib. Moldovada "Şerif"dən başqa səviyyəli komanda yoxdu. Azərbaycan Premyer Liqasında 8 komandanın mübarizə aparmasına baxmayaraq, çempionluq uğrunda mübarizə apara biləcək gücdə olan 4-5 komanda var. Məncə, Bordin üçün "Neftçi"də işləmək asan olmayacaq. Yəqin ki, "Neftçi" rəhbərliyi Bordinin işini ətraflı analiz  edib, sonra ona dəvət göndəriblər".

"Bordin təyinatın uğurlu olub-olmadığını zaman göstərəcək. "Neftçi"yə həm ölkə çempionatında, həm də avrokuboklarda uğurlar arzu edirəm" -  deyə, Yunisoğlu fikirlərini yekunlaşdırıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30