19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qurban Qurbanov: “İistəməzdim ki, son anlarda qol buraxaq”

"10 gün ərzində 3 oyun keçirdik. Qazaxıstana məğlubiyyətdən sonra istəyirdik, komanda tam hazır olsun. Çox hərəkətli komandaya qarşı oynadıq. Futbolçularımın oyunundan, göstərdikləri xarakterdən razı qaldım".

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumaya görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Riqada Latviyaya 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra deyib.

"Buraxılan qola gəlincə, hesab 3:0 olanda bir çox futbolçuda adətən bir qədər arxayınlıq ola bilər. Bu, daha çox texniki səhv oldu. Son dəqiqələrdə rəqib də hücumda çoxaldı. Amma istəməzdim ki, son anlarda qol buraxaq" - deyə o bildirib.

Q.Qurbanovun sözlərinə görə, komandada müsbətə doğru dəyişikliklər görüb: "Komandanın start heyəti təxmini var. Heç bir görüşdə tam heyətlə oynamamışıq. Çünki futbolçuların formasından da çox şey asılı olacaq. Rəqibdən asılı olaraq, heyət dəyişə bilər. Yoxlama görüşlərində futbolçuları yoxlamaq mənim üçün çox vacib idi. Komandada müsbətə doğru çox dəyişiklik gördüm".

Millimizin baş məşqçisi UEFA Millətlər Liqasının çətin olacağını vurğulayıb: "İstəyirəm, komanda o oyunlara tam hazır olsun. Bizi həmin turnirdə maraqlı qarşılaşmalar gözləyir".

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30