19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Səhvlərimizin üzərində işləmişik”

Azərbaycan milli komandasının üzvləri Latviya yığması ilə sabah keçiriləcək yoldaşlıq oyunu barədə affa.az-a fikirlərini bildiriblər:

Təmkin Xəlilzadə: “Millətlər Liqasından öncə millinin son yoldaşlıq oyunudur. Öncəki oyunumuz yaxşı alınmadı, məğlub olduq. Buna baxmayaraq, səhvlərimizin üzərində işləmişik. Sabahkı qarşılaşmada həm xalqımızı, həm də məşqçilərimizi sevindirmək üçün meydana çıxacağıq”.

Amil Yunanov: “Sabah bizi çətin sınaq gözləyir. Millətlər Liqasından öncə son sınağımızdır. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq istəyirik. Amma səhvlərdən nəticə çıxarmaq istəyirik. Baş məşqçimiz şans versə özümü yaxşı tərəfdən göstərməyə çalışacağam”.

Mahir Mədətov: “Rəqibin oyununu analiz etmişik. Bizi çətin oyun gözlədiyini bilirik. Səfərdə oynayırıq. Amma qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki Millətlər Liqasından öncə son oyunumuzdur və qələbə bizə müsbət təsir edəcək”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30