18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Bordin: “Bu məsuliyəti anlayır və üzərimə götürürəm”

“Neftçi”nin prezidentinə, klubun rəhbərliyinə mənə bu imkanı yaratdıqları üçün təşəkkür edirəm. İtaliyadan olan agentlərimə də minnətdaram”.

Futbolxeber.az saytının “Report”a istinadən verdiyi məlumata görə, bunu “Neftçi”nin yeni baş məşqçisi Roberto Bordin Bakı Olimpiya Stadionunda rəsmi müqavilənin imzalanma mərasimində deyib. O, yeni klubundakı hədəfləri barədə danışıb:

- Gələn mövsüm çətin olacaq. Lakin “Neftçi” ən böyük tarixə malik klubudur. Hədəfləri olan bir klubla mövsümə yaxşı başlayacağımıza inanıram. Klubda olanlar da yüksək hədəfləri olan şəxslərdir. Mənimlə bağlı təqdim olunan videoçarxa görə təşəkkür edirəm. O vaxt daha cavan idim (gülür - red.).

53 yaşlı italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- “Neftçi”yə gəlişiniz necə alındı?

- “Neftçi” klubun tanıyırdım. Avropa Liqasında İtaliya “İnter”i və digər komandalarla görüşlər keçirmişdi. Biz prezidentlə bir araya gələndən sonra dərhal razılaşdıq. Əlavə şərtləri müzakirə etməyə, dəqiqləşmə aparmağa ehtiyac qalmadı.

- “Neftçi”nin bütün çempionluqlarına yerli məşqçilər imza atıb. Bunu bacarsanız, tarixə düşəcəksiniz...

- Baş məşqçi olaraq, ambisiyalı bir şəxsəm. “Neftçi” ilə birgə uğurlu addımlar atacağımıza, yaxşı nəticə verəcəyimizə inanıram. Neçə il bu sahədə, dünyanın bir çox yerində çalışmışam. Bu məsuliyəti anlayır və üzərimə götürürəm.

- Təklif aldıqdan sonra "Neftçi"nin oyunlarını izləmisiniz? Hansı mövqelərdə güclənməyə ehtiyac var?

- Bir neçə oyuna baxdım. Oyunçu məsələsini klub rəhbərliyi ilə bir az müzakirə etdik. Müəyyən fikirlərimiz var. Yenidən baxılacaq.

- Qarşınıza çempionluq hədəfi qoyulub və bu, belədirsə, “Qarabağ”ı yaxşı tanıyırsınızmı?

- “Neftçi” də kifayət qədər titul qazanıb, “Qarabağ”dan geri qalmayıb. Keçmişdən yox, gələcəkdən danışmalıyıq. Qarşıda yeni mövsüm var. Çempionat tək bizim üçün yox, digər klublar üçün də çətin olacaq. Burada əsas məsələ futbolçunun hansı ölkədən gəlməsi yox, hansı düşüncədə olmasıdır.

- “Şerif”lə müqayisədə “Neftçi”nin büdcəsi çoxdur, yoxsa az? Bu büdcə çempionluq üçün kifayət edəcək?

- Klubda vəzifəm baş məşqçilikdir. Büdcə incə məsələdir. Bunu klub rəhbərliyi ilə danışmalısınız. Rəhbərliklə birgə klubun səviyyəsini artırmağa çalışacağıq.

- "Neftçi"nin hər iki qapıçısı azərbaycanlıdır. Əcnəbi qolkiper gətirmək fikriniz var?

- Hazırda 2 yox, 3 qapıçımız var. Onlardan biri 21 yaşlıdır. Bu qapıçıların müqavilələri var. Onlardan bu gün üçün tam razıyıq.

- İtaliyalı məşqçilər müdafiə futboluna üstünlük verir. “Neftçi” isə hər zaman hücum futbolu sərgiləyib. Komandanın oyun fəlsəfəsi necə olacaq?

- Sizi əmin edə bilərəm ki, oyunçuları müdafiədə bir sıraya düzməyəcəyəm (gülür). Mənim üslubum daha aqressiv futboldur. Əvvəlki komandalarımda 4-3-3 sxemindən yararlanmışam. Təbii ki, matçlara görə şərtlər dəyişir. Ümumilikdə, aqressiv hücum futbolu tətbiq etmişəm. Elə oyunlar olacaq ki, daha çox müdafiə strategiyası tətbiq edəcəyik, bəzilərində isə əksinə.

- “Şerif” Moldovanın “Neftçi”si sayılır. Oradan niyə ayrıldınız?

- “Şerif”ə rəhbərlik etdiyim 1,5 il ərzində komanda böyük uğurlara imza atdı. Klubla heç bir problemim yoxdur. İş yerimi dəyişməyə özüm qərar verdim.

- Sizdən öncəki baş məşqçilər uğurzuluq fonunda vaxt azlığından şikayətləniblər. Avrokuboklarda uğursuzluq olarsa, siz də vaxt azlığını bəhanə edəcəksiniz?

- Avropa Liqasında təsnifat mərhələsinə az qalıb. Lakin köməkçilərimlə birgə qısa zamanda hazırlaşmağa çalışacağıq.

- Premyer Liqadakı 8 klubdan 5-nin eyni mənbədən maliyyələşdiyini bilirsiniz?

- Sözsüz ki, Azərbaycandakı klublarla tanış olmuşam. Amma onların maliyyə yox, idman aspektləri ilə maraqlanmşam. Maliyyə məsələləri məni maraqlandırmır.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30