25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Neftçi" yeni baş məşqçisinin adını rəsmən açıqladı

“Neftçi” Müşahidə şurasının və təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.

Qeyd edək ki, komandanın yeni baş məşqçisi Roberto Bordin 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın “Bolonya” (2005-2006), “Padova” (2006-2007), “Ellas Verona” (2007, 2010-2015), “Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın “Triestina” (2016) və Moldovanın “Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb.

Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı “Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30