16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Rəvan" 3 futbolçu ilə müqavilə imzalayacaq

"Rəvan” cümə günü Sloveniyadan vətənə döndükdən sonra baş məşqçi Ramil Əliyevin istəyi ilə futbolçulara ikigünlük istirahət verilmişdi. Futbolxeber.az-ın məlumatına görə, bu gün komanda yenidən bir araya gəlib.

"Bayıl stadionu”nda baş tutan məşq həm də Premyer Liqanın ilk turu çərçivəsində keçiriləcək "Simurq” ilə oyuna hazırlığın startı anlamına gələ bilər. Belə ki, "Rəvan” məhz bu gündən sırf Zaqatala təmsilçisi ilə oyunun hazırlıqlarına başlayıb.

Ənənəvi isinmə hərəkətlərindən sonra yetirmələrini daha çox taktiki cəhətdən hazırlayan baş məşqçi toplu çalışmalara üstünlük verib. Təktoxunuşlu ötürmələr, "kvadrat”, standart vəziyyətlər, qapıya zərbələr və s. komponentlər məşqin tərkib hissəsinə daxil idi.

Qeyd edək ki, komandada zədəli futbolçu yoxdur. Düşərgədə olan yeni futbolçular - İvan Pexa, Kamil Nurəhmədov və Elnur Abdulov da məşqdə fəal iştirakı ilə yadda qalıb. Hər üç futbolçu məşqçilər korpusunun etimadını doğrultduğundan onlarla yaxın günlərdə rəsmi müqavilə də imzalanacaq.


revanfc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30