20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Rəşad Sadıqov: “Güclü rəqiblə oynamağımız bizi sevindirir”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqovun Qazaxıstan yığması ilə yoldaşlıq oyunu öncəsi affa.az-a açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib:

"Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması Avropa çempionatının seçmə mərhələsində 2-ci yer uğrunda mübarizə aparır. 2-ci yerdən cəmi bir xal geri qalırlar. Güclü rəqiblə oynamağımız bizi sevindirir. Biz də oyuna yaxşı hazırlaşmışıq. Futbolçularımızı, komandamızı yoxlamaq istəyirik. Sabah, demək olar, U-20-nin 7-8 üzvünü əsas heyətdə meydana buraxacağıq. Daha gəncləşdirilmiş heyətimiz olacaq. Çalışacağıq ki, ilk növbədə yaxşı oyun, sonra da yaxşı nəticə olsun".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30