24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Avroliqa: “Keşlə”, “Qəbələ” və “Neftçi”nin bütün potensial rəqibləri

2017/18 mövsümündə Avropa Liqasında Azərbaycanı təmsil edəcək “Keşlə”, “Qəbələ” və “Neftçi”nin birinci və ikinci mərhələdəki bütün potensial rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytnın məlumatına görə, bu, Macarıstanda başa çatan mövsümdə “Honved”in Avroliqaya son vəsiqəni qazanmasından sonra bilinib.

Yarışa birinci mərhələdən başlayacaq klublarımız “səpələnmişlər” səbətinə düşüb. Bu isə o deməkdir ki, ilk mərhələdə rəqiblərimiz nisbətən zəif komandalar olacaq.

Ümumilikdə “səpələnmişlər” və “səpələnməmişlər” səbəbində hər birində 47 olmaqla ümumilikdə 94 komanda yer alıb. Azərbaycan klublarının potensial rəqibləri aşağıda adları qeyd edilən komandalardır:

«Vаduts» (Lixtenşteyn), «Levadiya» (Estoniya), «Milsami» (Moldova), «Stuarnan» (İslandiya), «Birkirkara» (Malta), «Ferentsvaroş» (Macarıstan), «Kliftonvill» (Şimali İrlandiya), «Dunayska Sreda» (Slovakiya), «Buduçnost» (Çernoqoriya), «Şiroki Briyeq» (Bosniya və Herseovina), «Partizani» (Albaniya), «Çixuta» (Gürcüstan), «Zarya» (Moldova), «Petrokub» (Moldova), «Trakai» (Litva), «Lyuftetari» (Albaniya), «Luaçi» (Albaniya), «Vestmannayuar» (İslandiya), «Uypeşt» (Macarıstan), «Hоnved» (Macarıstan), «Liepaya» (Latviya), «Avropa» (Cəbəllütariq), «Torchanv» (Farer adaları), «Şkupi» (Makedoniya), «İlves» (Finlandiya), «KuPS» (Finlandiya), «Laxti» (Finlandiya), «Derri Siti» (İrlandiya), «Şemrok Rovers» (İrlandiya), «Samtredia» (Gürcüstan), «Folqore» (San-Marino), «Riqa» (Latviya), «Trans» (Estoniya), «Stumbras» (Litva), «Bala Taun» (Uels), «OFK» (Çernoqoriya), «Baltsan» (Malta), «Qzira Yunayted » (Malta), «Proqres» (Lüksemburq), «Rasinq Yunion» (Lüksemburq), «Qlenavon» (Şimali İrlandiya), «Kolreyn» (Şimali İrlandiya), «Konna `sKuay» (Uels), «Runavik» (Farer adaları).

Yarışın püşkatması iyunun 19-da təşkil olunacaq. Birinci mərhələsinin oyunları isə iyulun 12-si, cavab görüşləri iyulun 19-u keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30