19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ozobiç rəsmən “Qarabağ”da

“Qarabağ” mövsümlərarası fasilədə ilk transferini həyata keçirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”dən ayrılan Filip Ozobiçlə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “Mladost” klubunun yetirməsi olan xorvatiyalı yarımmüdafiəçi peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Hayduk” (Split) klubunda davam etdirib. 2013-cü ildə Xorvatiyanın “Slaven” klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ” klubuna transfer olunub. Burada çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qol vurub.

Ozobiç Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30