20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ramin Musayev: "Jurnalistlərin işini görməsinə heç kim müdaxilə edə bilməz"

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev idman jurnalistlərinin yaydığı birgə bəyanata münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, Musayev bundan sonra jurnalistlərin sərbəst şəkildə öz işini görməsi üçün hər cür şərait yaradılacağını bildirib: "Ötən mövsüm Azərbaycan kubokunun final matçında yaşananlar hər birimizin yadındadır. Bu matçdan sonra qərara gəldik ki, mühafizəçilərin müdaxiləsinin qarşısı alınmalıdır. Bundan sonra futbolçuların, məşqçilərin hakimlərin olduğu yerdə heç bir klub mühafizəçisi ola bilməz. Olarsa, həmin kluba 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Bu bənd artıq əsasnaməmizə əlavə edilib. Jurnalistlərin işini görməsinə heç kim müdaxilə edə bilməz. Onların sərbəst şəkildə öz işini görməsinə şərait yaradılacaq. Bundan sonra heç bir jurnalistə qarşı hörmətsizlik edilə bilməz". 


azxeber.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30