20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ” 1/4 finalda

Xorvatiyanın Riyeka şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında 66-ci Kvarnerska Riviyera turnirində qrup mərhələsinə yekun vurulub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Qəbələ”nin U-17 komandası III turda Xorvatiyanın “Osiyek” klubu ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. “Qırmızı-qaralar”ın heyətində Kamran Quliyev rəqib qapısına yol tapıb.

Beləliklə, ilk iki turda Sloveniya “Domjale”si ilə qolsuz heç-heçə edib, Xorvatiya “Omişal”ını 2:0 hesabı ilə məğlub edən “Qəbələ” 5 xalla qrupda 2-ci yeri tutub. “Qırmızı-qaralar” hər komandanın üç 18 yaşadək futbolçudan yararlana bildiyi turnirin 1/4 finalına yüksəlib. Təmsilçimiz bu mərhələdəki rəqibi Sloveniyanın “Olimpiya” klubu olacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30